Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz sizə nələr vəd edir?

Qoç - hadisələri tələsdirməyin, süni təkanlardan yararlanmağa çalışmayın. Situasiyanın yaratdığı imkanlardan istifadə edin. Ünsiyyət üçün xoş vaxt keçirməklə yanaşı, yeni məlumat və dəyərli informasiya ala biləcəyiniz məclisi seçin.

Buğa - qeyri-adi şəraitdən yararlanaraq situasiyanı öz xeyrinizə dəyişin. Bilik və bacarıqlarınızı nümayiş etdirin, yaxın ətrafınızdakı insanları maraqlandırın. Məqsədə çatmaq üçün təşəbbüskar olun.

Əkizlər - əyləncə və istirahət istəklərini təxirə salın. Bu gün gərgin iş zamanıdır. Dostlarla ünsiyyətdə olun, ümumi layihə ilə bağlı yaranmış suallara cavab arayın. Bir sıra işgüzar məsələləri həll etmək olar.

Xərçəng - alış-veriş, zəruri əşyalar almaq üçün yaxşı gündür. Şəxsi münasibətlərdəki sərinliyi aradan qaldırın. Qayğıkeş olun, sevdiklərinizə hədiyyələr verin.

Şir - maraqlandığınız insanla görüşərək rutin mövzular çərçivəsini genişləndirmək mümkündür. Qarşılıqlı münasibətlərə yeni stimul və ideyalar qatın.

Qız - iradəli, qətiyyətli olun. Aktiv çalışın. Konkret planlarınızı reallaşdırmaq üçün cəsarətlə davranın. Belə olarsa, işlərdə irəliləyişə nail olacaqsınız.

Tərəzi - etibar etdiyiniz insanlarla çalışın. Xərclər artacaq. Şəxsi münasibətlərdə diqqətin formal izharı xüsusi məna kəsb edir. Yardım və dəstəyə ehtiyacı olana kömək edin. Situasiyadan asılı olaraq rol bölgüsü aparmaq olar.

Əqrəb - rasional olun, məntiqli davranın. Münasibətlərdə və işlərdə orijinal yanaşmanı nümayiş etdirin. Qeyri-adi planı reallaşdırmaq üçün yaxşı gündür. Sevdiyiniz insanı və yaxınlarınızı sevindirin.

Oxatan - yeni və gərəkli avadanlıq, əşyalar almaq olar. Yaxınlarınızla, ailə üzvlərinizlə məsləhətləşin. Ümumi planları və məsələləri nəzərdən keçirmək olar. Axşam saatlarında dostlarla görüş pis olmaz. Bədxərclik etməyin.

Oğlaq - bütün diqqəti işə yönəldin. Həllini tələb edən və yarımçıq qalmış layihəni başa vurun. Ev işləri də az olmayacaq. Enerjinin bir qismini yaşam məkanının yenilənməsinə, köhnə əşyalardan qurtulmağa sərf edin.

Dolça - etiraflar və emosiyaların tarıma çəkilməsi yolverilməzdir. Nəzərdə tutduğnuz istiqamətdə irəliləmək üçün iradəli olun. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. İnteryerdə dəyişikliklər etmək olar.

Balıqlar - işlərinizi sahmana salın, prosesdə qayda yaradın. Saatlar keçdikcə diqqəti yeni obyektlərə yönəltmək olar. Aktiv çalışmaq, səfər, işgüzar görüşlər üçün yaxşı zamandır. (Milli.az)


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar