Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abxaziyanın bank kartlarının Ermənistanda tanınmasına Tibilisi necə reaksiya verir?

Artıq bir neçə gündür ki, Gürcüstanda içində Ermənistanın da olduğu bəzi xarici ölkələrdə “Abxaziya” bank kartları ilə ödəmənin mümkün olduğu məlumatları müzakirə edilir. Qondarma Abxaziyada bir neçə il əvvəl özlərinin “milli” ödəmə kartı sistemi APRA-nı yaratmağa başlayıblar və indi o, Rusiyanın “Mir” sisteminin ödəniş infrastrukturlarına fəal şəkildə inteqrasiya olunur.

İqtisadi ekspert, Gürcüstanın Yeni İqtisadi Məktəbinin prezidenti Paata Şeşelidze Media.Az-a verdiyi müsahibəsində Gürcüstan KİV-in qondarma Abxaziyada ödəmə sisteminin faktiki leqallaşdırılması ilə bağlı vəziyyəti həqiqətən müzakirə etdiyini təsdiqləyib:

“Lakin əslində hələ də dəqiq rəsmi məlumat yoxdur, hökumətimiz bu məlumatları təsdiqləmir və ya təkzib etmir”.

“Məncə, bu məsələyə mədəni yanaşılmalıdır. Biz ki, orada insanların yaşadığını, bankların olduğunu anlayırıq. Bank əməliyyatları üçün özünün, Gürcüstanın kanalını təklif etmək lazımdır. Yeri gəlmişkən, Abxaziya elektrik enerjisini Gürcüstandan alır”, - deyə P.Şeşelidze qeyd edib.

- Bəs siyasi aspektlər barədə nə düşünürsünüz? Tibilisi bu kartların qonşu Ermənistan da daxil olmaqla digər ölkələrdə tanınmasına necə reaksiya göstərməlidir?

- Təkrar edirəm: bütün bank əməliyyatlarının sistemimizdən keçməsini təmin etməliyik. Əlbəttə ki, Abxaziya kartlarının digər ölkələrdə istifadəsini əngəlləmək üçün çox sayda resurslarımız yoxdur, xüsusən də, onlar Rusiyanın “Mir” ödəmə sisteminə inteqrasiya olunurlarsa, amma cəhd etməyə dəyər.

Digər ölkələrə, məsələn, Ermənistana münasibətdə olan siyasi reaksiyaya gəlincə, daha sərt davranmalıyıq. Yeri gəlmişkən, həmin Ermənistan Abxaziyanı rəsmən tanımayıb. Düşünürəm ki, belə bir sərt reaksiya gələ bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar