Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müqtəda əs-Sədrdən ABŞ və İrana: “Gedin, İraqdan iraqda döyüşün”

İraq mediasının İrana bağlı qüvvələrin ABŞ səfirliyinə və hərbi bazasına hücum hazırlığı barədə yaydığı məlumatdan sonra xəbərin bəzi “təzahürləri” özünü göstərməyə başlayıb.

Əsaib Əhl əl-Haqq təşkilatının döyüşçüləri İraq hökumətinə qarşı ümumi səfərbərlik elan ediblər. Onlar həbsdə olan komandirləri Hussamın azad edilməsi tələbi irəli sürüblər. Əks halda, hökumət binalarına hücuma keçəcəklərini bildiriblər.

Əsaib Əhl əl-Haqq təşkilatının ardınca Əshab əl-Kəhf, Qasim əl-Cəbbar və Qüvvət əl-Zülfiqar müqavimət təşkilatları da səfərbərliyə qoşulublar.

Tələblərə müsbət reaksiya verilib və İraq hökuməti tutulanları sərbəst buraxıb. Ancaq ABŞ-ın səfirliyi və İraqdakı bazaları maksimum hazırlıq vəziyyətinə gətirilib.

İraq Baş naziri Mustafa əl-Kazimi isə Şiə milislərinin üsyanına toxunaraq "lazım gələndə onlarla qarşılaşmağa hazır olduqları" mesajını verib.



Nazir sosial media hesabında "Təhlükəsizlik qüvvələri və ordu tərəfindən qanunsuz hərəkətlər səbəbiylə zərər görən insanların etibarını qazanmaq üçün səssizcə çalışdıq”, - yazaraq, şiə milislərini sükuta çağırıb.

Kazıminin şərh edən hökumətə yaxın mənbə İraq mediasına bildirib:

"İrana yaxın Şiə milis qüvvələrindən olan Asaib Ahl al-Haq Hərəkatı, hökumət Bağdad Hava Limanına raket hücumundan məsul olan üzvlərini tutduqdan sonra hökuməti təhdid etməyə başladı. Həbs olunan milislərin sərbəst buraxılmasını tələb etdilər. Əks halda bu gecə və ya səhər hökumət binalarını hədəf alacağı ilə hədələdi. Milislər birbaşa Daxili İşlər nazirini də təhdid etdi".

Mənbə, Milli Təhlükəsizlik naziri Qasım əl-Ərəbinin baş verənlərə müdaxilə etdiyini, hadisəni sakitləşdirdiyini, ancaq Kazıminin həbs olunan milisləri sərbəst buraxmamaqda israr etdiyini bildirib.



İraqın nüfuzlu şiə lideri Müqtəda əs-Sədr isə həm ABŞ-ı, həm də İranı davalarını özgə ərazidə aparmağa çağırıb.

Sosial media hesabındakı açıqlamada Sədr "İranABŞ-a son mesaj" ifadəsi ilə səslənərək deyib: “İraq ABŞİran arasındakı münaqişə bölgəsinin qurbanı oldu. Əziz qonşumuz İran İslam Respublikası İraqı özünün münaqişə zonasına çevirməyi dayandırmalıdır. İraqın və hökumətinin müstəqilliyinə və suverenliyinə toxunmağı dayandırsa, biz də onu qarşı-qarşıya qaldığı Covid-19 acısı ilə təkbaşına buraxmarıq. "

ABŞ-ı isə "işğalçı" olaraq xarakterizə edən Sədr İraqlıların iki tərəf arasındakı qarşıdurmanın bir hissəsi olmadığını ifadə edərək, "Yeni bir İraq qurma mərhələsindəyik" deyib.(ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar