Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-İngiltərə çəkişməsinin yeni mərhələsi: Gərginlik son həddədir və Türkiyə kilid ölkə kimi qalır...

Bütün bu çəkişmələr böyük bir ABŞ-İngiltərə qarşıdurmasına aparır...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 24 dekabr 2020-ci il

Pafoslu şüarlar faktları pərdələdiyi üçün insanlar nə baş verdiyini başa düşə bilmirlər. Ona görə də, bu gün Vaşinqtonla London arasındakı mübarizəni Yaxın Şərq üzərindən şərh edək.

Beləliklə, həm Türkiyənin istiqamətini, həm də nə etməyə çalışdığını başa düşə bilərik.

Bu məsələdəki önəmli aktyorlar Qətər əmiri Şeyx Təmim ibn Həməd əl-Sani, Misir prezidenti Əbdülfəttah Sisi, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səud, Birləşmiş Ərəb Əmirliklərinin baş naziri Məhəmməd ibn Rəşid əl-Məktum və Bəhreyn kralı Həmad ibn İsa əl-Xəlifədir.

Tez-tez dediyim kimi, 2013-cü il mühüm bir qırılma ili olmuşdu. Türkiyə 17-25 dekabr tarixlərində Gezi hadisələri ilə üzləşərkən Misir də sarsılırdı. Ancaq bu hadisələrin bir-birilə əlaqəli olduğunu unudurduq.

Ərdoğan ABŞ-a getmiş və münasibətlər orada dayanmışdı. Qəzetlər bunu görmədilər və yazmadılar. Fırtına ABŞ səfərindən sonra başladı. Türkiyənin öz istiqamətini dəyişdirmək üçün necə bir addım atacağını bilən Vaşinqton da həmin il Türkiyəyə təzyiq göstərməyə başladı.

Əvvəlcə Misirə nəzər salaq. Məhəmməd Mursi 2000-2005-ci illər arasında millət vəkili olmuşdu. “Müsəlman Qardaşlar” qanuni olaraq seçkilərdə iştirak edə bilmədikləri üçün o, müstəqil olaraq parlamentə girdi. Ərəb Baharından sonra Mübarəkin devrilməsinə də dəstək verdi. 30 aprel 2011-ci ildə “Müsəlman Qardaşlar” tərəfindən qurulan Azadlıq və Ədalət Partiyasının prezidenti seçildi. 2012-ci il prezident seçkilərində isə Hayrat Şatırın namizədliyi ləğv edildiyi üçün Mursi səhnəyə çıxdı. İlk turda 25,5% səs topladı. İkinci turda da səslərin 51,73%-ni toplayaraq 5-ci prezident oldu. Elə bundan sonra ölkə daxildən qarışmağa başladı.

3 iyul 2013-cü il tarixindəki böyük nümayişlər nəticəsində ordu rəhbərliyi ələ keçirdi.
Mursi çevrilişi qəbul etmədiyini söylədi. İzləyicilərini küçələrə dəvət etsə də, o saxlanıldı və 16 may 2015-ci il tarixində məhkəmə tərəfindən edama məhkum edildi. O, casusluqda günahlandırılırdı.

Seçilməsindən 7 il sonra, yəni 17 iyun 2019-cu il tarixində məhkəmə zamanı həyatını itirdi.

2013-cü ildə Misirdə çevriliş olarkən, Türkiyədə də küçə nümayişləri başlamışdı. 17-25 dekabr əməliyyatları ilə iqtidarı biçmək istədilər. ABŞ-dan gələn Devid Kohen “Halkbank”ın hesablarına girmişdi.

Lakin bu məsələsinin əvvəli də var idi 2010-cu ildə ingilis “Daily Telegraph” qəzetində “İran Türkiyəyə 25 milyon dollarlıq seçki yardımı göndərdi” başlığı çıxmışdı. Bu, Ankara ilə Tehran arasındakı ilk körpü idi. Ərdoğanla Əhmədinejadın yaxın olduğu irəli sürülmüşdü.

Həmin ildə 2013-cü ildə Suriya və Misir, bir il sonra Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri “Qardaşlığı” terror təşkilatı elan etdi. “Müsəlman Qardaşlar” artıq Körfəz üçün təhlükəli idi. Buna görə, Qardaşlığın rəhbərləri Qətərə doğru hərəkət etdilər. Qətər də qapısını bağlamadı, onları qorudu.

Səudiyyə Ərəbistanı və Misir Qətəri “Müsəlman Qardaşlar”a siyasi və maddi dəstək verdiyi üçün günahlandırarkən, Türkiyə də bu böhran əsnasında Qətərə qoşun göndərirdi. Tərəflər getdikcə müəyyənləşirdi. Yəni Ərəb Baharı ilə ərəblər bir yana, Qətər də bir yana çəkilirdi. Lakin prezident Ərdoğan lap əvvəldən bəri Qardaşlığı “terror təşkilatı” saymadı və Qətəri tək buraxmadı.

Bəhreyn isə “Qətər ölkədəki İranın dəstəklədiyi silahlı qruplara dəstək verir” iddiasını əlində tutaraq diplomatik münasibətləri kəsməyə çalışırdı. Türkiyə-İran münasibətinə bir də Qətər-İran yaxınlığı əlavə edildi.

Misirdəki çevrilişdən təxminən bir ay əvvəl yenə 2013-cü ildə Qətərdə işlər dəyişdi. Ata könüllü olaraq vəzifəsini oğluna buraxmışdı. Bu vaxtadək görünməyən bir şəkildə əmir Şeyx Təmim ibn Həməd əl-Sani bir gənc olaraq öz vəzifəsini icra edirdi. Üstəlik, heç bir səs-küy və çevriliş olmadan. Daha sonra Şeyx əs-Saninin hərbi məktəb məzuniyyətindəki çıxışı da çox qalmaqallı oldu. Əl-Sani:

İranla Körfəz ölkələri arasında artan gərginlik doğru deyil. Hizbullah və Həmasa anlayış göstərmək lazımdır. ABŞ prezidenti Donald Tramp Ağ Evdə uzun müddət qalmayacaq”.

Ancaq Doha: “Bu söhbət real deyil. Biz “hack”ləndik”, deyə açıqlama verdi. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri “Əl Cəzirə” də daxil olmaqla, Qətər media orqanlarını ölkələrində qadağan etmək qərarına gəldilər. Obamanın prezidentliyi dövründə ABŞ müdafiə katibi vəzifəsini icra edən Robert Qeyts də: “Qətərin Həmas, Taliban və Əl-Qaidəyə maddi dəstək axınının qarşısını almaq üçün addım atdığını heç xatırlamıram”, deyirdi.

Bütün Körfəz ölkələri Qətərə embarqo tətbiq edir və “İranla münasibətləri bitir” deyə çağırış edirdi. Qətərə tətbiq olunan sanksiyaların üstündən 2 il keçəndən sonra, bu dəfə də Məkkədə, İranı zəiflətməklə bağlı müzakirələrin aparıldığı zirvədə Qətər önə çıxmağa başladı. İranla bağlı fərqli istiqamətlər vardı. Dohanın yanında həmişə Ankara olurdu.

Müxalifətin Qətər mövzusundakı israrı isə qlobal qütbləşmənin nəticəsi idi. Eyni həssaslıq Çinə də aid idi.

2013-cü ildən sonra həm də Türkiyə ilə İngiltərə arasında bir yaxınlaşma meydana gəlirdi. Elə həmin il həm ABŞ, həm də İngiltərə Yaxın Şərqdə qalib gəlməyə çalışırdı. Ərəb Baharı ilə sarsılan region indi başqa qütblərə doğru sürüklənirdi. Türkiyə isə İngiltərənin ona ehtiyac duyduğunu bildiyindən Qətər-Azərbaycan-İran-İraq üzərindən İpək Yolu və Yaxın Şərq üçün çox ciddi bir ittifaq qururdu. Yəni nəzarət Ankarada idi. Türkiyənin qlobal baxımdan yer dəyişdirməsi və Qərbdən, Yaxın Şərqə və sonra da Çinə yaxınlaşması bütün gedişatı müəyyənləşdirir.

İngiltərə isə Brexit-lə Avropanı və ABŞ-ın bir hissəsi tərk edirərək yeni dünya qurmaq üçün önə çıxır. Bu vəziyyətdə də Türkiyə kilid ölkələri. Ermənistan üstündə çalınan qələbə də Türkiyənin bölgə üçün vacib bir ölkə olduğunu göstərdi. Mehmetçiklərin Bakı küçələrində marşla yürüş etməsi yeni bir dövrün müjdəçisi idi.

İrandakı oliqarxiya da, Rusiyadakı “dərin”lər də Türkiyəyə bir söz deyə bilmədi. Çünki yeni dünya qurularkən Türkiyə də burada öz yerini alırdı. AKP-MHP xaricindəki partiyalar və keçmiş AKP-lilər isə buna qarşı çıxırlar. Prezident Ərdoğan MHP ilə tamamən fərqli bir kartı masaya qoydu. MHP-nin olmaması bu tendensiyanın əksinə çevrilməsi, yəni Qərbə geri dönməsi deməkdir. ABŞ-AB də bunun üçün əlindən gələni edəcək.

Bu səbəbdən, Kamal Kılıçdaroğlu Səudiyyə Ərəbistanına çox yaxın olan bir iş adamının gəmisində özəl və gizli bir görüş keçirib. İttifaqlar bəllidir. 2013-cü ilə baxaraq anlamaq olar. İqtidar və müxalifət arasındakı çəkişmə heç vaxt daxili siyasətə əsaslanmır.

İstənilən halda bu çəkişmə ABŞ və İngiltərənin böyük müharibəsidir.

Vəziyyət belədir və Türkiyənin mövqeyi bəllidir. Müxalifət Doğu Perinçeki hədəfə qoyur, lakin görünür, ən dəqiq sima odur. Perinçek üzərindən belə nizamı başa düşmək mümkündür. Pafoslu şüarlar bizi ancaq yuxuda saxlaya bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar