Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə NATO qısqacında - Şimal Alyansında olmaq Türkiyəyə baha başa gələ bilərmi?

Türkiyədəki dünyəvi və ya mühafizəkar olan bütün elit kadrlar Türkiyənin NATO-ya zaman qazanmaq üçün daxil olduğunu yaxşı bilirlər...

Yusuf Kaplan
“Yeni Şafak” qəzeti, Türkiyə, 18 dekabr 2020-ci il

Bir mədəniyyətin öncüsü, qurucusu və qoruyucusu olan Türkiyənin tarixi bir aktyor olaraq NATO üzvü olması Türkiyənin Şimal Alyansı tərəfindən nəzarətdə saxlanıldığını göstərir. Bu, həmçinin, digər ağır bir reallığın da göstəricisidir: Qərbin kölgəsində qalan Türkiyənin NATO üzvü olması onun inkişaf istiqamətini, yerini, tarixi rolunu, və müstəqilliyini itirməsinə açıq bir işarətdir.

Türkiyəni nəzarətdə saxlamaq üçün NATO-ya aldılar

Əvvəla bilməliyik ki, Türkiyənin sekulyar elitası, dünyəvi ziyalıları, dərin dövləti, söz sahibləri və müşahidəçiləri istədikləri qədər Türkiyənin dünyəvi Qərb ölkəsi olduğunu deyə bilərlər. Qərblilər çox yaxşı bilirlər ki, min ildir rəqibləri olan bir aktyor, rejim dəyişikliyi ilə öz kimliyini itirməyəcək və iddialarından heç vaxt əl çəkməyəcək. Dünyəvi inqilablarla Türkiyənin İslam köklərinin məhv edilmədiyini, əksinə Türkiyənin müqavimət göstərdiyini, özünü gücləndirdiyini və tarix yazmaq üçün yenidən müəyyən addımlar atmağa başladığını çox yaxşı başa düşürlər.

Cəlladına aşiq olanlar bunu görmürlər və ya görmək istəmirlər, amma qərblilər hər şeyi çox yaxşı başa düşürlər.

Qərblilər Türkiyənin başqa bir istiqamətə yönəlməməsi, öz köklərini xatırlamaması və Qərb mədəniyyətinin ən böyük rəqibi olan tarixi rolunu təkrarlamaması üçün onu NATO-ya qəbul etdilər.

Türkiyə böyük risk alaraq vaxt qazanmaq üçün NATO-ya girdi

Qərbin könüllüləri və Türkiyənin sekulyar ziyalıları bu həqiqəti dərk edə bilməsələr də, həqiqət budur. Ancaq Türkiyədəki dünyəvi və ya mühafizəkar olan bütün elit kadrlar Türkiyənin NATO-ya zaman qazanmaq üçün daxil olduğunu yaxşı bilirlər.

Zaman qazanmaq üçün NATO-ya daxil olmaq Türkiyəyə 100 il qazandırdı. Digər tərəfdən, qərblilər Türkiyənin başda NATO olmaqla, digər Qərb qurumları üçün başqa bir istiqamət yaratmasının qarşısını almaq və Türkiyəni bütün Qərb ittifaqı qurumlarında zəiflədərək sivilizasiya iddialarından çəkindirmək arzusunda idilər.

Hazırkı vəziyyətdə Türkiyənin bir NATO peyki olduğu və tam müstəqil olmayan bir ölkə olduğu aydın görünür. Amma NATO üzvü olmaqla vaxt qazandığı da məlumdur.

İndi isə Türkiyə yolayrıcında dayanıb

Türkiyəni Qərb qurumları hər tərəfdən əhatə edib. Sonuncu dəfə 15 iyulda NATO Türkiyədə hərbi çevrilişə cəhd etdi və bu cəhd uğursuz oldu. Yadda saxlayaq ki, bu hadisə başqa heç bir NATO ölkəsində baş verməyəcək bir qalmaqal idi.

Ancaq heç kimdən heç bir səs çıxmadı. Özünü demokratiya və azadlıq həvarisi elan edən Qərb ölkələrindən heç biri öz prinsiplərini tapdaladığını etiraf etmədi və tarixin bütün bunları yazmasından çəkinmədi. Bunun anlamı nədir?

Bu o deməkdir ki, Qərb ittifaqında hüquq və qanun prinsiplərinə deyil, başqa prinsiplərə əsaslanan qurumlar var. Bunlar iddia edildiyi kimi, NATO-ya və bütün dünyaya demokratiya və azadlıq gətirmək üçün deyil, qlobal sistemin hegemonluğuna zəmanət vermək, qorumaq və möhkəmləndirmək üçün qurulub. Qalan şeylər isə boş ritorikadır.

NATO-nu tərk etmək doğru addım ola bilərmi?

Hələ tam müstəqil olmayan Türkiyənin problemləri sadə bir məntiqlə həll edilə bilməz. Əksinə, həm problemlər böyüyər, həm də ölkə tələlərə qarşı müdafiəsiz hala gələr. Belə bir ölkə də tələlər vasitəsilə parçalanar. Elə Osmanlı da bu yollarla çökdürüldü.

Türkiyənin NATO-dan çıxmasını istəyən və Rusiya ilə Çin kimi alternativləri olduğunu deyənlər çox sadəlövhdürlər. Halbuki Türkiyə NATO-dan çıxan kimi işğal edilər və parçalanar. Türkiyə bu cür tələlər qarşısında diqqətli olmalıdır. Çünki hələ də müstəqil deyil.

Türkiyə cəlladlarına aşiq olanlardan və Qərbin kölələrindən xilas olana qədər addımlarını diqqətlə atmalıdır. Türkiyə bir gün NATOABŞ-dan xilas olacaq. Lakin o gün bu gün deyil.

Sanksiyalar Türkiyəni daha gücləndirər

Bildiyiniz kimi, ABŞ hökuməti yenə Türkiyəyə qarşı sanksiya qərarı aldı. Birincisi unutmayaq ki, bu sanksiya Türkiyənin əsas düşmənini üzə çıxardı.

Türkiyənin ABŞ müstəmləkəsi olmadığını başa düşmək lazımdır. Lakin yüz il keçsə də, bunu başa düşməyən kölə ruhlu beyinlər hələ də vardır.

Xülasə, Amerikanı “azadlıqlar ölkəsi” zənn edənlər, ya azadlığın nə olduğunu bilmirlər, ya Amerikadan zərbə almayıblar və ya Amerikanın köləsidirlər, ya da Hollivud filmlərinin təsirində qalıblar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Türkiyə NATO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar