Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə əsgərlərinin Qarabağda yerləşdirilməsi niyə yubadılır?

Türkiyə hərbiçilərinin Qarabağda yerləşdirilməsi vəziyyətə necə təsir edə bilər?..

Politoloq: “Rusiya əmin olmaq istəyir ki, Türkiyənin regiona gəlişi onun maraqlarına zərbə vurmayacaq”.

“Türkiyə ordusunun Qarabağda yerləşməsi tək Cənubi Qafqaz regionu üçün deyil, eyni zamanda, NATO Rusiya münasibətləri üçün də vacib prossesdir. Bu baxımdan Rusiya türk ordusunun regiona gəlişinə nə qədər loyal yanaşsa da, bir o qədər təhlükəli hesab edir”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyə ordusunun Qarabağa gec gəlməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycan, Rusiya və Türkiyə arasında razılaşmaya əsasən, Türkiyə Ordusunun hərbiçiləri Azərbaycanda - Ağdamdakı Monitorinq Mərkəzində atəşkəsə nəzarət edəcəklər. Artıq Türkiyə Quru Qüvvələrinə məxsus Xüsusi Mina Axtarma Təmizləmə qrupunda 136 nəfər ərazilərin minalardan təmizlənməsi və eyni zamanda Azərbaycan Ordusundakı mina təmizləyən qruplara təlimlər keçmək üçün Azərbaycana gələrək vəzifələrinə başlayıb.

Bəs Türkiyə əsgərlərinin bölgədə yerləşdirilməsi niyə yubadılır? Həmçinin Türkiyə hərbiçilərinin Qarabağda yerləşdirilməsi vəziyyətə necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımova müraciət edib.

Azər Qasımov: “Gecikmədəki səbəb böyük ehtimalla Rusiya və Türkiyə arasında deyilməyən, ancaq vacib hesab edilən detalların dəqiqləşdirilməsi ola bilər”.

Türkiyə hərbiçilərinin Qarabağda yerləşdirilməsinin problemin uzanmasına imkan verməyəcəyini düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Rusiyanın bu kimi problemlərdən öz maraqları üçün istifadə etməsi kimi faktlar çoxdur:

“Türkiyə Qarabağ münaqişəsi başlayan gündən bu günə kimi Azərbaycanın mübarizəsində bütün imkanları ilə yanında olub və bu gün də var gücü ilə yanındadır. Bu gerçəkliyi Türkiyənin bütün rəhbər kadrosu dəfələrlə vurğulayıb. Noyabrın 10-da imzalanmış müqaviləyə görə əldə edilən razılaşma gələcək proseslərə start verdi və iki Rusiya-Türkiyə müqaviləsi ilə Azərbaycan tərəfindəki Ağdamda Monitorinq Mərkəzində türk hərbçilərinin yerləşməsi ilə davam edəcək.

Hal-hazırda Ağdamda türk hərbiçilərinin yerləşməsi üçün infrastrukur hazırlıqları davam edir, ərazi minalardan təmizlənir. Bu baxımdan da türk hərbçilərinin yerləşməsi ilə əlaqəli müəyyən ləngimələr var. Bunlar məsələnin texniki tərəfləridir. Məsələnin siyasi tərəfinə gəldikdə isə Türkiyə ordusunun Qarabağda yerləşməsi hesab edirəm ki, tək Cənubi Qafqaz regionu üçün deyil, eyni zamanda, NATO-Rusiya münasibətləri üçün də vacib prosesdir. Bu baxımdan Rusiya türk ordusunun regiona gəlişinə nə qədər loyal yanaşsa da, bir o qədər təhlükəli hesab edir.

Azər Qasımov: “Türkiyənin regionda olması Rusiyanın fəaliyyət dairəsini məhdudlaşdırmaqla yanaşı problemin yenə də bir neçə on illərə uzanmasına mane olacaq”.

Gecikmədəki səbəb böyük ehtimalla Rusiya və Türkiyə arasında deyilməyən, ancaq vacib hesab edilən detalların dəqiqləşdirilməsi ola bilər. Rusiya Türkiyənin də strateji planlarının olduğunu yaxşı bilir. Türkiyənin türk dünyasının və hətta müsəlman dünyasının lideri kimi dünyada oynadığı rol hamıya bəllidir. Odur ki, Rusiya əmin olmaq istəyir ki, Türkiyənin regiona gəlişi onun maraqlarına zərbə vurmayacaq.

Lakin hesab edirəm ki, Türkiyəöz hərbiçilərinin Qarabağda yerləşdirilməsinin uzanmasına imkan verməyəcək. Rusiyanın bu kimi problemlərdən öz maraqları üçün istifadə etməsi kimi faktlar çoxdur. Türkiyənin regionda olması isə Rusiyanın fəaliyyət dairəsini məhdudlaşdırmaqla yanaşı, problemin həllinin yenə də bir neçə on illərə uzanmasına mane olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar