Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polşa ordusunun mayoru Azərbaycan ordusunun müharibə təcrübəsini dərsliklərə salmağa çağırır

Qarabağdakı müharibə fəndləri hərb sənətinə dair dərsliklərə salınmalıdır və diqqətlə öyrənilməlidir. Bu haqda Polşa ordusunun istefada olan mayoru, hərbi ekspert Gjeqoj Trjeçak bildirib. Mayor orduda xidmət edərkən tərkibində pilotsuz uçan aparatların da olduğu eskadrilyaya komandanlıq edib.

Mayor Trjeçak deyir ki, müasir müharibə “üçölçülü fəzaya keçib”. Belə ki, Qarabağda gedən 44 günlük müharibə Azərbaycan ordusunun dronlardan kütləvi istifadəsi ilə fərqləndi və bu da erməni ordusunun məğlubiyyətinin əsas səbəblərindən biri idi.

“Bu müharibə hələ 5-7 il əvvəl baş verən müharibələrdən köklü şəkildə fərqlənir. Pilotsuz uçan aparatlar zərbə və kəşfiyyat funksiyasını yerinə yetirməklə yanaşı hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkara çıxarmaq üçün yalançı hədəf rolunu da oynayıb. Habelə dronlar hədəf üzərində asılıb qala və istənilən an ona zərbə endirə bilən döyüş sursatlarına çevrilib. Məsələnin psixoloji tərəfinə xüsusən diqqət yetirmək lazımdır-operator kompüter oyunlarında olduğu kimi coystikin bir hərəkəti ilə onlarla əsgəri öldürə bilər”,-o deyib.

Ekspert qeyd edir ki, robotlaşdırılmı sisteləri idarə edən hərbi operatorların xüsusi təlim keçməsi tələb olunur. Mayor Trjeçak deyir: “Qarabağın dərsləri bizə bunu deyir: hərbi doktrinaların və qaydaların dəyişdirilməsi üzərində işləmək lazımdır. Başa düşmək lazımdır ki, hərbçilər gözəgörünməz düşmənə qarşı döyüşməyə hazırdımı...”(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar