Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir: "Nazirlik dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəlib"

Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti ölkə rəhbəri cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğıya layiq olduğunu baş verən təbii və texnogen hadisələr zamanı sərgilədiyi çevik və operativ reaksiya ilə təsdiqlədi”.

PİA.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar naziri, general–polkovnik Kəmaləddin Heydərov "Azərbaycan" qəzetindəki məqaləsində yazıb.

O bildirib ki, nazirlik dəfələrlə çətin sınaqların öhdəsindən layiqincə gəlib: “Məsələn, Mingəçevir Su Elektrik Stansiyasının ərazisində baş vermiş torpaq sürüşməsi zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorunda və 6-cı enerji blokunda yanğınla nəticələnən partlayış zamanı yaranmış təhlükənin operativ şəkildə aradan qaldırılması, Bakı şəhərindəki Naxçıvani və Murtuza Muxtarov küçələrinin kəsişməsində tikilən 16 mərtəbəli yaşayış binasının uçması nəticəsində əmələ gəlmiş dağıntılar altından insanların xilas edilməsi, Neft Emalı Zavodunda yanğının söndürülməsi, Xəzər dənizində yerləşən "Bulla-dəniz” yatağında baş vermiş qəzanın aradan qaldırılması, Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında, "Sədərək”, "Diqlas”, "EuroHome” ticarət mərkəzlərində, "Sobsan” boya fabrikində baş vermiş yanğınların söndürülməsi, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın və "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması, meşə sahələrinin və zəmilərin yanğından qorunması, onlarla digər belə əməliyyatlar zamanı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əsl peşəkarlıq nümunəsi göstərdilər”.

Nazir qeyd edib ki, nazirlik üçün son dərəcə çətin sınaqlardan biri 2010-cu ildə Aran bölgəsində baş verən daşqınlarla bağlı oldu. Kür və Araz çaylarının səbəb olduğu daşqınlar böyük itkilərə səbəb ola bilərdi.

Prezident İlham Əliyevin hadisə ilə bağlı verdiyi müvafiq tapşırıqları operativ yerinə yetirən Fövqəladə Hallar Nazirliyinin qüvvələri öz yüksək peşəkarlığını nümayiş etdirərək daşqın sularının sürətlə irəlilədiyi günlərdə insan itkisinə yol vermədi, əhalinin təxliyəsini, bəndvurma və sahilbərkitmə işlərini uğurla həyata keçirdilər. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, subasma bölgəsində çoxsaylı yeni evlər inşa olundu, yaşayış massivləri salındı, yenidən qurulan infrastrukturun, sosial və yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bərpa və gücləndirmə işləri həyata keçirildi. Nazirliyin digər dövlət qurumları ilə birgə fəaliyyəti irimiqyaslı təbii fəlakətin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında əhəmiyyətli rol oynadı. Gələcəkdə bu kimi halların qarşısını almaq məqsədilə ölkədə suların səmərəli idarə edilməsi sisteminin yaradılması üçün Fövqəladə Hallar Nazirliyində aidiyyəti dövlət orqanlarının və Niderlandın bu sahədə ixtisaslaşmış şirkətlərinin mütəxəssislərindən ibarət yaradılmış işçi qrupu tərəfindən kompleks tədbirlər planı hazırlandı. 2012-ci il yanvarın 24-də Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti üçün alınıb gətirilmiş kəsici-sorucu yerqazan qurğuların, tədqiqat katerlərinin və yedək gəmilərin təqdimatında iştirak edən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi yaradıldı. Görülən işlərin davamı kimi, 2013-cü il aprelin 16-da dövlət başçısı Mingəçevir Su Anbarının perimetr və akvatoriya sərhədlərində qurulan inteqrə olunmuş təhlükəsizlik sistemi ilə tanış oldu”. (APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar