Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Əhmədov: ““Beşinci kolon”un başını əzmək lazımdır...”

Deputat: “Bu adamları, Azərbaycandakı “beşinci kolon”un başları ilə bərabər, birdəfəlik əzmək lazımdır! Artıq bunun vaxtı gəlib çatıbr”...

Milli Məclisin deputatı Vahid Əhmədov həmkarı Rasim Musabayovun Türkiyə hərbiçilərinin Azərbaycana gəlməsinə qarşı səsləndirdiyi fikirlərinə sərt cavab verib.

Vahid Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycandakı “beşinci kolonu” yenidən fəallaşmağa başlayıb.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə “beşinci kolon” Azərbaycan Ordusunun məğlub olacağını düşünürdü: “Ancaq Vətən müharibəsində Ordumuz düşməni darmadağın etdi, torpaqlarımız işğaldan azad edildi. Şübhəsiz ki, qələbəmiz düşmənlər kimi “beşinci kolonu” da məyus edib. Onlar bunu gözləmirdilər. İndi “beşinci kolon"un yenidən fəallaşmasının səbəblərindən biri də məhz budur”.

Deputat deyib ki, 44 günlük müharibədə qardaş türkiyənin Azərbaycana dəstəyi böyük olub:

“Ümumiyyətlə, kimliyindən asılı olmayaraq Türkiyəyə qarşı bu cür yersiz fikirlər səsləndirmək yolverilməzdir. İndi Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. 44 günlük müharibə bir daha onu göstərdi ki, Türkiyədən olan qardaşlarımız sonadək yanımızdadırlar. Qardaş Türkiyə bütün istiqamətlərdə bizə dəstək oldu. Ona görə də qardaş Türkiyənin ünvanına xoşagəlməz fikirlər sələndirmək əsl azərbaycanlıya yaraşmaz. Hər kəs qardaş Türkiyə ilə bağlı danışanda fikirlərinə diqqət etməldir.

Əksinə, biz çalışırıq ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq daha da genişləndirilsin, Türk əsgərləri Qarabağa gəlsinlər, Şuşada, Laçında, KəlbəcərAzərbaycan əsgərləri ilə çiyin-çiyinə dayansınlar. Hansısa deputat isə durub deyir ki, bu düzgün deyil. Axı niyə düzgün deyil? Mən bir daha açıq deyirəm ki, 44 günlük müharibədən sonra “beşinci kolon” yenə dirçəlməyə başlayıb. Buna imkan vermək olmaz. Bu adamları, Azərbaycandakı “beşinci kolon”un başları ilə bərabər, birdəfəlik əzmək lazımdır! Artıq bunun vaxtı gəlib çatıb.

Eyni zamanda Milli Məclisin İntizam Komissiyası da Türkiyə əleyhinə səsləndirilən fikirləri araşdırıb lazımı addım atmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar