Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid qardaşının intiqamını aldı və Şuşa uğrunda şəhid oldu...

...Nurlan və İntiqam Əsgərovlar təkcə qardaş yox, həm də döyüş yoldaşı olublar. Heç vaxt bir-birlərindən ayrılmayıblar. Hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyundə xidmət ediblər. Nurlan aprel döyüşlərində, İntiqam isə Vətən müharibəsində - Şuşa uğrundakı döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Dörd il öncə - “Dördgünlük müharibə” kimi tarixə düşən aprel döyüşlərində (Nurlan Əsgərov aprelin 4-də Talış kəndi istiqaməti uğrundakı döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib-red.) 21 yaşlı Nurlan qardaşı İntiqamın gözləri önündə şəhid olub. Nurlanla döyüşçü yoldaşlarının yanında mərmi partlayıb, üç nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb. Yaşca özündən kiçik qardaşının cansız bədənini döyüş meydanından da elə İntiqam özü çıxarıb...

Əsgərov qardaşları Masallı rayonunun Kalinovka kəndində doğulublar. Aildə dörd uşaq olublar – iki qardaş, iki bacı. Anaları Ziba Əsgərova virtualaz.org-a açıqlamasında bildirib ki, sentyabrın 27-də müharibə başlayanda İntiqam “qardaşımın, dostlarımın, bütün o günahsız körpələrin qisasını alıb qayıdacağam” deyib. Sözünü tutub, qisasını düşməndən alıb, amma özü də şəhid olub: “Balam qardaşı Nurlanın da intiqamını aldı, dostlarının da qisasını aldı, axıracan getdi, Şuşaya qədər döyüşdü. Orda da  şəhid oldu. Şəhidlik yolunda da qardaşını tək buraxmadı. Əvvəldən də bir yerdə idilər, indi bir yerdə oldular, cənnətdə qovuşdular”.

Şəhid qardaşların anası deyir ki, kiçik oğlu, aprel şəhidi Nurlan kəşfiyyatçı kursunu bitirəndən sonra gizir kimi xidmət edib, qısa  müddət ərzində peşəkar döyüşçü kimi özünü doğrulda bilib.  Öz istəyi ilə kəşfiyyat kursuna yazılıb. Nurlan Azərbaycanda, İntiqam isə Türkiyədə kəşfiyyat kursunu bitirib. “Kursda oxuyanda Nurlanın bir köynəyi vardı, arxasında "hər ananın oğlu əsgər olur, amma hər qızın sevdiyi komando ola bilməz" sözləri yazılmışdı. Qarşısına məqsəd qoymuşdu ki, əgər kəşfiyyatçı olmazsa, o köynəyi əyninə geyinməyəcək”,-şəhid anası bildirir.

Ziba Əsgərova oğlanları ilə qürur duyduğunu deyir: “Mən övladımla fəxr edirəm. Vətənimə, xalqıma layiqli övlad böyütmüşəm. Düşmən bizim ağladığımızı, sarsıldığımızı görməməlidir. Biz onlara göstərməliyik ki, igidlərin arxasında igid durur".

İki oğul övladı şəhid olan Bayram Əsgərov deyir ki, böyük oğlu İntiqama həm Vətəninin, həm qardaşı Nurlanın, həm də döyüşçü yoldaşlarının intiqamını almaq nəsib olub:“ Övladlarım həmişə Vətəni düşünərdilər. İstəmirdilər ki, torpaqlarımız düşmən tapdağı altında qalsın. Qardaşı şəhid olandan sonra İntiqam gözləyirdi ki, nə vaxtsa hücum əmri veriləcək və düşmən ayağı o torpaqlardan birdəfəlik təmizlənəcək. İntiqam Vətəninin, qardaşının, döyüş yoldaşlarının qisasını aldı. Amma öz ömrünə də şəhidlik yazıldı. Oğlum Şuşada şəhid oldu. Şuşada qazanılan zəfərdə İntiqamın da payı var”.

Bayram Əsgərov övladlarının ermənilərə nifrətinin bir səbəbinin də əmiləri Poladın 1-ci Qarabağ müharibəsində düşmən gülləsinə tuş gəlməsi olduğunu deyib: “Qardaşım Polad 1993-cü ildə Ağdərənin Mehmanlı kəndində yaralanmışdı. Ağlı kəsəndən bilirdilər ki, əmiləri ermənilərlə döyüşdə yaralanıb. Nurlan həmişə deyirdi ki, əmimin qisasını alacağam. Hər iki övladımın düşmənə qarşı nifrəti sonsuz idi".

... Hazırda Əsgərovlar ailəsində 30 yaşlı İntiqamın Nur adlı balaca qızı böyüməkdədir. Aprel şəhidi olan əmisi Nurlanın şərəfinə onun adını Nur qoyublar. Ailənin gəlini isə bətnində İntiqamın varisini daşıyır. Ziba xanım övladının hələ dünyaya göz açmamış körpəsinə atasının adını qoyacağını deyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar