Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serj Sarqsyandan Paşinyana sərt cavab: “Sən qorxaqsan və alnına xain damğası vurulub”

“Qarabağ problemi ilə bağlı danışıqlar prosesindən kim nə danışırsa, danışsın, sən susmalısan, Nikol Paşinyan! Sənin bildiyin, danışıqların tarix, özünün də ifadə etdiyin kimi, “savadlı” və “konstruktiv” Əliyev tərəfindən səsləndirilib. Sən ona o qədər inanmısan öz ölkənin əvvəlki liderlərindən prosesi ətraflı öyrənməyi belə, lüzumsuz hesab etmisən. Deməli, sən bizim düşmənimizə qeyd — şərtsiz etibar etmisən, siyasi opponentlərinə isə yox. Məhz buna görə də sən danışıqlar prosesinin mənasını və məqsədlərini hələ də başa düşməmisən”. 
 
PİA.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəsmi ofisi tərəfindən yayılan bəyanatda belə deyilir.


 
Bəyanatında həmçinin xatırladılır ki, Azərbaycan prezidenti İlham Əliyev onu aşağılayanda, gülüb istehza edəndə belə, cavab verməyə belə cəsarət göstərməyib. Sarqsyanın sözlərinə görə, İlham Əliyevin bu çıxışları dünyanın istənilən yerində yaşayan hər bir ləyaqətli erməni üçün böyük rüsvayçılıq və təhqir idi. Sarqsyan Baş naziri yalnız öz siyasi opponentlərinə hücum etməyə, erməni xalqının düşməni qarşısında isə diz çökməkdə ittiham edib.
 
“Sən qorxaqlara xas olan manipulyativ fəndlər vasitəsilə tarixi vicdansızcasına saxtalaşdırmağa, öz biabırçı məğlubiyyətlərini ört-basdır etməyə, məsuliyyətdən qaçmağa çalışırsan. Son iki il yarım ərzində sən Qarabağ münaqişəsinin yalnız torpaqların təhvil verilməsi və ya verilməməsi istiqamətində həlli prosesini apardın, halbuki səndən əvvəlki hakimiyyətlər “Arsax”ın kompromislərlə Azərbaycanın tərkibindən necə çıxması barədə düşünürdülər”, - deyə Sarqsyanın bəyanatında bildirilir.
 
Sabiq prezident bəyanatında söz verib ki, gələcəkdə bu və digər məsələlər üzərində geniş dayanacaq.
 
"Bundan sonra müstəqil Ermənistanın bütün keçmiş hakimiyyətləri “Vətən”i ləyaqətlə müdafiə etmiş, torpaqlarını qurtarmış komanda kimi tarixə düşəcəklər, sən isə öz kreslosu uğrunda müharibədə nalayiq şəkildə məğlubiyyətə uğramış, “Artsax” torpağını təslim etmiş, danışıqlar aparmağa qadir olmayan və “Arsax”ı və Ermənistanı ciddi təhlükə altında qoyan, alnına xain damğası vurulmuş qorxaq kimi anılacaqsan. Tarix faktlarla yazılır”, - deyə Serj Sarqsyan qeyd edib.
 
Qeyd edək ki, Paşinyan bu gün Ermənistanın digər eks-prezidenti Robert Köçəryana cavab verərək bildirmişdi ki, Dağlıq Qarabağ məğlubiyyətinin təməlləri 25 il əvvəl qoyulmuşdu. Odur ki, Köçəryan kimi adamlar gərək Paşinyanı məğlubiyyətdə günahlandırmaya. Paşinyana cavab isə Köçəryandan yox, digər eks-prezidentdən gəlib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar