Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The New York Times” qəzetində Ağdamın Çıraqlı kəndi barədə məqalə dərc edilib

"The New York Times" qəzetində nəşrin İstanbul bürosunun rəhbəri Karlotta Qollun Azərbaycanın Ağdam rayonunun Çıraqlı kəndində müharibədən sonrakı vəziyyətə həsr olunan "Mən nə hiss edirəm? Ən əsası odur ki, biz salamatıq" adlı məqaləsi dərc edilib.

Məqalədə qoşunların əvvəlki təmas xəttində yerləşən kəndin 20 ildən artıq müddətdən sonra yenidən bütün dünya üçün açıq olmasından bəhs edilir.

Qoll yazır ki, 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs nəticəsində müharibə dayandırılandan sonra dünya sanki Çıraqlı kəndinin sakinlərinin taleyini unutmuşdu. Lakin münaqişə bu kəndin sakinləri üçün başa çatmadı. Atəşkəs nəticəsində iki ordu cəbhə xətti boyunca üzbəüz qaldı, onların arasındakı məsafə cəmi bir neçə yüz metr idi. İndi, altı həftəlik müharibədən sonra bərqərar olan sülh şəraitində kənd camaatı evlərinə qayıdır, mərmi qəlpələrini təmizləyir, gözəl gələcəyə böyük ümidlə evlərini bərpa edirlər.

Ağdam rayonunun Azərbaycana qaytarılması dövründə Çıraqlı kəndində olan müəllif yazır ki, Çıraqlı sakinlərinin öz kəndlərini bərpa etdikləri bir zamanda uzaqda qara tüstü görünür, orada ermənilər öz əşyalarını toplayaraq tərk etdikləri evləri yandırırlar. Ermənistan atəşkəs barədə bəyanata uyğun olaraq qoşunların çıxarılması öhdəliyini üzərinə götürüb. Qoll kənd sakinləri ilə söhbət edib, onlar deyiblər ki, əvvəllər evlərin damına yaxud əkin sahələrinə çıxmaq mümkün deyildi, çünki erməni qoşunları ilə aralarındakı məsafə çox az idi. Erməni qoşunları mütəmadi olaraq kəndi atəşə tuturdular.

Müəllif atışma və erməni hərbçiləri tərəfindən təcavüz aktları nəticəsində doğmalarını itirən kənd sakinlərinin faciəli talelərindən söhbət açır.

Qoll yazır ki, 1994-cü ildə atəşkəslə başa çatan Birinci Qarabağ müharibəsində erməni qüvvələri hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmişdilər. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu Dağlıq Qarabağa əsas zərbəni cənub istiqamətində endirdi.

Kənd sakinlərinin əksəriyyəti fermerlərdir və onlar erməni qüvvələrinin çıxarılmasına çox sevinirlər. Çünki indiyədək ermənilərin atəşi altında olan öz əkin sahələrinə bundan sonra ayaq basa biləcəklər.(AzərTac)

pia.az 


Etiket: Ağdam


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar