Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

50 gün idi itkin düşən DGK-nın gənc əməkdaşı şəhid kimi qayıtdı - Foto

Yaxınları 50 gün idi onun yolunu gözləyirdi, qazi kimi qayıdacağına ümid etdilər, ancaq o şəhid olaraq geri döndü.

PİA.az-ın məlumatına görə, uzun müddət idi ki, yaxınları 26 yaşlı Hacıyev Ülvidən xəbər ala bilmirdilər. Müharibənin ilk günlərindən cəbhəyə yollanan gənc, Füzuli istiqamətində döyüşərək itkin düşüb.

Yaxınları Ülvidən 50-i günə yaxın idi ki, xəbər ala bilmirdilər. Sonuncu dəfə 15 oktyabr tarixində qohumları ilə əlaqə saxlayıb. Onun hələ də sağ olduğunu və evinə salamat dönəcəyinə ümidli idilər. Ancaq bu gün gənc evinə şəhid olaraq geri döndü.

Hacıyev Ülvi Şirin oğlunun 26 yaşı var. DGK "Azərterminalkompleks" Birliyinin əməkdaşıdır. Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xidmət edib. Azərbaycan İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib. Milli Ordu sıralarında hərbi xidmət keçib. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.(Pravda.az)

Fotoları təqdim edirik

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar