Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubadlını azadlığa qovuşduran qəhrəmanlardan biri - Video

44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında əslən Cəbrayıl rayonundan olan Murad Məmmədov da var.

PİA.az xəbər verir ki, Vətən müharibəsində Məmmədovlar ailəsindən iki igid döyüşüb - Murad və qardaşı Nurlan.

Murad Yusif oğlu Məmmədov 1995-ci il iyulun 12-də Sumqayıt şəhərində anadan olub.

Sumqayıt şəhəri 22 saylı orta məktəbi əla qiymətlərlə bitirən Murad, 2013-cü ildə Azərbaycan Texniki Universitetin Elektroenergetika Mühəndisliyi fakültəsinə daxil olub.

Ali təhsilini başa vurduqdan sonra, 2018-ci ilin iyul ayında hərbi xidmətə yola düşüb. Daşkəsəndə yerləşən N saylı hərbi hissədə Vətənə borcunu yerinə yetirib. Xidməti ərzində "AQS" üzrə yarışmalara gedib nəaliyyətlər qazanıb. 2019-cu ilin iyul ayında hərbi xidməti bitirib.

M.Məmmədov mülki həyata qayıtdıqdan sonra imtahan verib "Azərişıq"da işə düzəlib, mühəndis kimi fəaliyyətə başlayıb.

Murad idmana da böyük həvəs göstərirmiş. Uzun müddət cüdo ilə məşğul olub. Uşaq yaşlarından Türkiyənin "Qalatasaray" futbol klubuna azarkeşlik edib.

Vətən müharibəsi başlayandan bir neçə gün sonra - 2020-ci ilin oktyabrın 1-də orduya könüllü yazılıb. Həmin dövrdə qardaşı Nurlan artıq döyüşlərdə iştirak edirdi.

M.Məmmədov Füzuli, Cəbrayıl, Qubadlının düşmən tapdağından azad olunması üçün döyüşüb. Oktyabrın 26-sı Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar