Şənbə, 23 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Bahar Muradova qadınlara qarşı zorakılığı dayandırmaqla bağlı çağırış edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova gender əsaslı zorakılıqla mübarizə məqsədilə başladılan "Qadınlara və qızlara dəstək olaq" layihəsi çərçivəsində çağırış edib.

PİA.az-ın xəbərinə görə, o deyib ki, bu gün dünyada və Azərbaycanda geniş yayılmış gender əsaslı şiddətin əksər hallarda normal qarşılanması, mentalitet, ailə dəyərlərinin tərkib hissəsi kimi dəyərləndirilməsi cəmiyyət və dövlət orqanlarının onunla ciddi mübarizə aparmasına mane olur.

B.Muradova vurğulayıb ki, Dövlət Komitəsi öz fəaliyyətini beynəlxalq təcrübəyə, müvafiq milli qanunvericiliyə və bu əsasda qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq qurbanlara dəstək olmağa çalışır: "Həmçinin zorakılığı məhdudlaşdıran tədbirlərin yerinə yetirilməsini də koordinasiya edirik.

"Azərbaycanda məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cu illər üçün Milli Fəaliyyət planı"nda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsini üçün səy göstəririk. Statistik məlumatlara əsasən, 2019-cu il ərzində məişət zorakılığı ilə bağlı 1 308 cinayət törədilmiş, bu cinayətlər üzrə 1 358 nəfər zərərçəkmiş şəxs qismində tanınmışdır ki onlardan 1038 nəfəri qadındır. Dövlət Komitəsinə daxil olan müraciətlər, KİV-də və sosial şəbəklərdə yayılan məlumatlar da tərəfimizdən araşdırılır. Müvafiq dövlət orqanları, qeyri-dövlət yardım mərkəzləri ilə əlaqəli fəaliyyətimiz davam edir.
Bu il də noyabrın 25-i 16 günlük fəallıq kompaniyası çərçivəsində Dövlət Komitəsi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və BMT-nin İnkişaf Proqramı qadınlara qarşı zorakılığın təməl səbəblərini aradan qaldırmaq üçün birgə layihəyə start vermişdir.

Biz tərəfdaşlarımızla birgə güclünün zəif üzərində hökmranlığını dəstəkləyən sosial normalara qarşı vahid cəbhədə birləşərək qadın hüquqlarının təmin edilməsi və hər cür zorakılıqdan qorunması üçün birgə çalışacağıq, imkanlarımızı səfərbər edərək insan ləyaqətini alçaldan, ona fiziki, iqtisadi və psixoloji zərər vuran bu sosial bəlaya qarşı mübarizə aparacağıq.

Cəmiyyətimizin hər bir fərdinin sevgi və qayğıya layiq olduğunu nəzərə alaraq, hər kəsə və hamıya "gəlin gücümüzü deyil, sevgimizi göstərək" deyəcəyik". (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Həkim-psixiatr: “Koronavirusa qarşı vaksin mövcud deyil” - Müsahibə  

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb

Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi - Yeni təyinat

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

Azad Rəhimov ABŞ-da əməliyyat olunub və komaya düşüb - Yenilənib

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

“Bu Azərbaycan xalqına meydan oxumaqdır, Azərbaycanı oyuncaq dövlətə çevirməkdir” - İlham İsmayıl

Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır

Pənah Hüseyn Nemət Pənahlıya “dana” dedi – Video

Ramiz Mehdiyev Yaqub Mahmudovu vəzifəsindən azad etdi

Ən çox oxunanalar