Cümə axşamı, 21 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Gərginləşən dünya siyasəti: Güclü ailələri birləşdirən siyasətin arxasında nə var?

Qətər üzərindən diqqətlə baxdıqda dünyanın başındakı davanı görmək olur. Proses bütün bu ailələri əhatə edir...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 4 dekabr 2020-ci il

Qətər məsələsinin bitməyəcəyi açıq-aydın görünür. Lakin sonrakı proseslər də, görünür, çox şiddətli olacaq Qətər Türkiyəyə sərmayə qoydu, pul gətirdi, ortaqlıq qurdu və payını götürdü. Üstəlik, bu investisiyaları yalnız Türkiyəyə də qoymurdular.

Ancaq buradakı addımlar genişləndirilmişdi. Çünki heç kim nə baş verdiyini başa düşmür.

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı İmamoğlu ilə bağlı sui-qəsd iddiası ortaya atılıb. İmamoğlu: “AKP dövrü ilə əlaqəli 40-dan çox korrupsiya və qanunsuzluq sənədləri üzərində işləyirik”, deyib. Qətər məsələsində bayrağı heç kimə buraxmayan CHP lideri yenə sərt açıqlama verib. Həmçinin, Kılıçdaroğlu da keçmiş bir AKP millət vəkilinin “Qətər, Türkiyəni bəsləyir” sözlərinə qəzəblənib: “Türkiyə Respublikası nə zamandan bəri Qətərin himayəsinə keçib?”

Kılıçdaroğlu sözünə davam edib: “TSK-nın ən önəmli fabrikinin Qətər ordusuna pulsuz verilməsini heç vaxt qəbul edə bilmərik. Bunun arxasında kimin dayandığından asılı olmayaraq, “Tank Palet” fabrikinin Qətər ordusu qarşılığında təklif edilməsi Türkiyə Respublikasına və ordusuna qarşı xəyanətdir”.

Təbii olaraq, prezident Ərdoğan da buna tez cavab verdi: “Hər şeyi sənədləri ilə ortaya qoyduğumuz halda, hələ də bu barədə danışır. Buradan sənə çörək çıxmaz, boş yerə danışma”.

Yeri gəlmişkən, prezident Ərdoğan Kılıçdaroğlunun “Qətər şirkətindən göstəriş almaq”, “sələmçilərə pul ötürmək”, “dövləti əsir almaq”, “talançı olmaq” ifadələrinə görə 500 min lirəlik təzminat tələb etməklə məhkəməyə verib.

Bütün bunlarla yanaşı başqa qəribə bir hadisə də baş verib. Dənizlidə bir avtomobildə təşkil edilən əməliyyatda 50 sui-qəsd silahı və bu silahlara məxsus 175 güllə aşkarlanıb. Bunun mənası nə idi? Niyə daxildə təzyiq artır?

24 mart 2016-cı il tarixində CBS-də təcili çıxan xəbərə görə, 146 illik xəyal sona çatırdı. Xəbərlərdə Rokefeler ailəsinin neft işini tərk edəcəyi bildirilirdi. 1870-ci ildə “Stantard Oil”i quran Con D. Rokfellerin yaratdığı imperiya başqa bir sahəyə üz tuturdu. Ailə “Exxon-Mobile”dakı səhmlərini də satırdı. Rokfellerin tərk etdiyi “Exxon-Mobile” “Qatargas” ilə ortaq idi. Birlikdə güclü bir təşkilat qurmuşdular.

Qətərin LNG şirkəti “Qatargas” Çinin “PetroChina” ilə 22 illik təbii qaz müqaviləsi imzaladı. Çinin ingilislərin təklifi ilə qurduğu Asiya-Sakit okean şəbəkəsinə 15 ölkə daxil idi. Aralarında Cənubi Koreya, Yeni Zelandiya və Avstraliya da var idi.

Bəs “Exxon-Mobile” hara getdi? Əlbəttə ki, London tərəfə. Səhmlər satılır, Rokfeller neft işindən uzaqlaşırdı. Səhnənin önündə Rotşildlərin, ancaq arxada digər güclü ailələrin olduğu tərəf “Exxon-Mobile”ı ələ keçirmişdi. Elə buna görə də, Londonun nəzarəti ilə hərəkət edən Çin-İpək yolu layihəsinə dəstək verilirdi.

Azərbaycan Türkiyənin böyük dəstəyi ilə Naxçıvandan dəhliz açır. Bu dəhliz Türkiyəni Naxçıvandan Azərbaycana və oradan da Xəzər dənizi vasitəsilə türk respublikalarına, daha sonra da Asiya-Sakit Okeana bağlaya bilir. Yəni Sakit okeanı Türkiyə üzərindən Avropaya və Afrikaya qədər gətirir.

Digər tərəfdən, İstanbula gələn və yalnız Fənır Patriarxı ilə görüşən Pompeonu da xatırlayaq. NATO toplantısında Türkiyəyə əleyhinə münasibəti ilə diqqət çəkən ABŞ Dövlət Katibi 7 ölkəni əhatə vida səfərində əvvəlcə Fransaya baş çəkib və orada: “Ərdoğanı hərəkətləri xalqının mənafeyinə uyğun olmadığı üçün AvropaABŞ onu inandırmaq üçün birlikdə çalışmalıdır. Türk hərbi potensialından hədsiz istifadə etmək bizi narahat edir”, deyə açıqlama verib. Sonra da İstanbula gəlib.

Pompeo Kok ailəsinin böyütdüyü bir sima idi. “West Point”i bitirdikdən sonra Kok ailəsi ona pul verib bir şirkət qurdurmuşdu. Yəni artıq “Sentry International”ın prezidenti və Kokun ortağı idi. “Sentry International” neft sahələrində istifadə üçün xüsusi nəqliyyat vasitələri istehsal edən bir şirkət idi. Üzvləri MIT-dən (Masaçusets Texnologiya İnstitutu) məzun olan Kok ailəsi neft sehrbazı idilər.

Məhz onlar Pompeonu dəstəkləyərək yolunu açdılar. Məsələn, Trampın İŞİD və Suriya siyasətlərini son həmlə ilə dəyişdirən hər zamam Pompeo-Pentaqon xətti oldu.

Aleksandr Bortnikov və Sergey Narışkin kimi çox vacib simalar ABŞ-a gəlib. Pompeo və Milli Kəşfiyyatın direktoru Dan Koats ilə gizli bir görüş keçiriblər. Bu səbəbdən, bu komanda Rusiyada Bayden qələbə çalandan sonra Putini devirmək üçün düyməni basdılar. Həmin komanda Türkiyəyə və eyni zamanda, Londona yaxın olan Reks Tillersonu da Xarici İşlər Nazirliyi vəzifəsindən uzaqlaşdırırdı.

Tillerson “Exxon-Mobile”ın keçmiş rəhbəri idi. NSA-dakı Ceyms Kelli Tillersonun münasibətlərini üzə çıxararaq onun kənarlaşdırılmasını təmin edirdi. Tillerson Qətərlə çox yaxından maraqlanır və qlobal miqyasda zərər çəkməsinə mane olur.

“Tweet”lə vəzifəsindən azad edilən ilk ABŞ Dövlət Katibi idi...

İndi isə bir az geriyə gedək. 2009-cu ildə bir mükafatlandırma mərasimində Koç ailəsinə “xeyriyyəçilik” sahəsində ABŞ-ın ən prestijli mükafatı olan “Carnegie Medal of Philanthropy” verilmişdi. Koç ailəsi həmin il mükafat qazananlar arasında yeganə qeyri-amerikalı ailə oldu. Daha əvvəl bir hind (Tata), bir ingilis (Seynsbori) və bir yapon (Inamori) ailə Amerika xaricindən mükafat qazanmışdı. ABŞ-da biznes dünyasının və xeyriyyəçiliyin simvolu sayılan şəxslərdən biri olan Devid Rokfeller Koç ailəsi adından mükafatı Rahmi Koça təqdim etmişdi. Rahmi Koçun çıxışının son cümləsi belə idi: “Bu mükafatı təkcə ailəm üçün deyil, ölkəm üçün də alıram”.

Rahmi Koçu uzun müddətdir tanıdığını bildirən Devid Rokfeller isə Koç ailəsinin gördüyü işlərin çox dəyərli olduğunu və Türkiyənin gələcəyində bu yardımların önəmli rol oynayacağını bildirmişdi.

Qətər üzərindən diqqətlə baxdıqda dünyanın başındakı davanı görmək olur. Proses bütün bu ailələri əhatə edir. Rokfeller ailəsi Koç ailəsini böyük rəhbər kimi qəbul edib. Qarşıda isə Rotşildlerin öndə, digərlərinin isə arxada olduğu güclü ailələr ittifaqı var. Burada London və Berlin önəmli faktordur. London Ankara və Moskva üzərindən Pekinə uzanarkən, Berlin də birbaşa Vaşinqtona birləşmiş vəziyyətdədir. Bütün məsələ də budur.

CHP və bütün müxaliflər Qətər vasitəsilə Türkiyənin İpək Yoluna inteqrasiya etməsini istəmirlər. AKP-MHP isə “bizim qazancımız buradadır” deyə cavab verir. Bu vəziyyət hələ çox sərtləşəcək və gərginlik artacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Kok Pompeo NATO ABŞ

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Politoloq: Qazaxın ermənilərdə olan 7 kəndi Azərbaycana qaytarıldı - Siyahı

“Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”

Putinin milyardlıq sarayı üzə çıxdı - Fotolar

“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”..

Paşinyanın nümayəndələrinin Xankəndiyə yenidən səfərlərinin əsas məqsədi...

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

Ağ Evdə gedən “qan davası”nın arxasında hansı mafiya şəbəkəsi var?

“Lotu Quli”nin məzarı üstündə baş verən silahlı insidentin səbəbi açıqlandı

Ən çox oxunanalar