Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizi öldürən, istismar və talan edən Qərb sivilizasiyası - ABŞ-ın taleyi dünyanın gələcəyini formalaşdıracaq...

Qərb sivilizasiyasının təbiətə və sivilizasiyalara hücum etdiyini qəbul etmədikcə, dünya korona həbsxanasından çıxsa belə, bu dəfə də başqa bir həbsxanaya düşəcək...

Yusuf Kaplan
“Yeni Şafak” qəzeti, Türkiyə, 4 dekabr 2020-ci il

Yaşadığımız dövr Qərb mədəniyyətinin özüdür. Avropa bu sivilizasiyanı quran, Amerika isə qoruyandır. Yəni bu sivilizasiya haqqında düşünmək, Qərb hegemonluğunun təzahürləri və dünyanın gələcəyi barədə düşünmək deməkdir.

Qərblilər iki əsrdir ki, dünya tarixini yaradırlar. Bu gün Qərb sivilizasiyasından başqa heç bir sivilizasiyanın tarixin yaranmasında həlledici rolu yoxdur. İki əsr ərzində hər şeyi yalnız Qərb “istehsal edir” və bütün dünya da həmin şeyləri “istehlak edir”.

Yalnız qərblilər düşüncəni, həyatı, mədəniyyəti, incəsənəti, siyasəti - bir sözlə, həyatı davam etdirən, nəzəri-praktiki hər şeyi təkmilləşdirir və bütün dünya da bunlardan istifadə edir.

Elə buna görədir ki, Çinin özünü inkar etməsi onun intiharını tezləşdirəcək.

Bəs o zaman niyə belədir? Niyə yalnız qərblilər istehsal edir və bütün dünya istehlak edir? Çinlilər istehsal etmirmi? Bəs Yaponlar və ya Hindistan? Onlar da istehsal edirlər, ancaq yalnız Qərbdə istehsal olunanları istehsal və istehlak edirlər.

Bu vəziyyəti normal hesab edənlər çoxdur. Demək olar ki, bütün dünya cəlladına aşiq oldu. Unutmayaq ki, fərqli mədəniyyətlərin, dinlərin və sivilizasiyaların tərəfdarları olaraq bizim bu “oyun”da yerimiz yoxdur. Oyunu qururlar və orada hər kəsi öz istədikləri kimi oynadırlar.

Bəli, Çin gəlir, ancaq o, öz dəyərlərindən, yəni xəritələrindən, öz sivilizasiya dinamikasından yola çıxıb gəlmir. Yəni bu oyunda olduğu kimi iştirak etmir. Qərbin dünyəvi kapitalist dəyərləri və xəritələrində istehsal olunan məhsulları istehsal edir və təbii ki, istehlak da edir. Çin yoxa çıxır: özünü mədəni cəhətdən inkar etməsi Çinin intiharına səbəb olacaq.

Qərb sivilizasiyasının dağıdıcı hücumu

İkinci əsas sual isə belədir: Niyə yalnız qərblilər istehsal edir, digər sivilizasiyaların övladları isə öz dəyərlərinə uyğun bir şey istehsal etmirlər? Niyə yalnız istehsal edilənləri və danışılanları təkrarlayırlar, ya da yamsılayırlar? Niyə özləri heç nə danışmır, tutuquşu kimi Qərbin sözlərini təkrar edirlər?

Bunun cavabı aydındır, amma hamı nədənsə bu cavaba gözlərini yumur. Qərb sivilizasiyası bütün qitələri işğal edir, bütün mədəniyyətləri talan edir, bütün dinləri sıradan çıxarır, bütün sivilizasiyaların həyat damarlarını kəsir və özündən başqa heç bir dinə, heç bir mədəniyyətə və ya sivilizasiyaya yaşamaq hüququ vermir. Nələr olduğunu başa düşmək üçün bütün dünya əvvəlcə bu barədə danışmalıdır.

Qərb sivilizasiyasının Tanrıya, həqiqətə, təbiətə, bütün dinlərə, mədəniyyətlərə, sivilizasiyalara vəhşicəsinə hücum etdiyini və həm bioloji, həm də ontoloji baxımdan özündən başqa sivilizasiyalara yaşamaq haqqı tanımadığını qəbul etmədikcə dünya korona həbsxanasından çıxsa belə, bu dəfə də başqa bir həbsxanaya düşəcək.

Dünyanın azad edilməsinin, korona həbsxanasından çıxmasının və yeni bir dünyanın təməlini qoymağın yolu bəşəriyyətin bu hadisələri tam olaraq qavramasıdır. Başına nə gəldiyini anlamayan bəşəriyyət onu gələcəkdə nələrin gözlədiyini bilə bilməz.

Amerika ruhu və ya Amerika xəyalı olmadı, o, ruhsuz bir xəyala çevrildi.

Hər iki dünya müharibəsindən sonra Avropa tarixdən geri çəkildi, Avropa və ya avropalılar artıq tarix yazmırlar. Qərb sivilizasiyasının Amerikadan əvvəlki yeri Avropa olduğu üçün onun ən daimi ölçüsü və düşüncə sisteminin kökləri Avropada yerləşir və beləcə, Qərb düşüncəsi hələ də Avropada nəfəs alır və inkişaf edir.

Bunun səbəbini qısaca belə izah etmək olar: Qərb düşüncəsinin təşəkkül tarixi, mübarizəsi, yüksəlişləri, enişləri, formalaşması, tarixi yaddaşı və bu səbəbdən, kökləri Avropada olduğu üçün Avropa həm Qərb sivilizasiyasını quran, təməl düşüncə təcrübəsi ilə həm toqquşur, həm də inkişaf etdirir.

Amerika Qərb mədəniyyətini təmsil etsə də, bu fikri dərindən dərk etmək çətindir. Amerika Avropa düşüncəsini yalnız öz işinə yarayacaq qədər dəyişdirir. Qərb sivilizasiyasını təmsil edən Amerika öz qurumları və gücü ilə yaşayır, üstəlik Avropadan aldıqlarını da inkişaf etdirir.

Ancaq bu təmsilçilik xüsusiyyəti dərinləşmiş sivilizasiya anlayışına deyil, əksinə praqmatizmə əsaslandığı üçün böyük böhran anında çökə bilər.

Amerika hazırda dünyanı səliqə-sahmana salır. Ancaq Amerikanın daxildən zəifləməsi və vətəndaş müharibəsinin astanasına sürüklənərək dünyadakı hegemon mövqeyini itirməsi qaçılmazdır. Çünki heç bir şey onun özünə aid deyil. Hər şeyi süni və saxtadır. Amerikanın kimliyi, tarixi, dərin bir səsi və buna görə də ruhu yoxdur.

Ümumiyyətlə, Amerikanın heç vaxt ruhu yox olmadı, ancaq Amerika röyası oldu: əvvəlcə aldadan, sonra özünə kölə edən, azadlıq iddiası ilə yola çıxan, lakin insanları köləsinə çevirən dayaz azadlıq səhnələri. Bütün bunlar Amerikanı ruhsuz insan və ruhsuz bir dünya yaradan maşın kimi tarixə salacaq.

Bu baxımdan, Amerikanın daxildən qarışması və tarixdə yox olub getməsi heç də uzaq ehtimal deyil. Amerikanın taleyi dünyanın gələcəyini müəyyənləşdirəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Qərb

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar