Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin törətdiyi ekocinayətlərlə bağlı "Greenpeace International" təşkilatına müraciət edilib

Avropa Azərbaycanlıları Konqresi (AAK) işğaldan azad olunan ərazilərimizdə ermənilərin ekoloji cinayətlər törətməsi ilə bağlı Amsterdamda yerləşən "Greenpeace International" beynəlxalq təşkilatına müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, AAK sədri Sahil Qasımovun imzası ilə təşkilata ünvanlanan müraciətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi, sentyabrın 27-dən başlanan müharibə nəticəsində Azərbaycanın öz ərazilərini azad etməsi və 10 noyabr 2020-ci il tarixli bəyanatla münaqişəyə son qoyulması barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, azərbaycanlıların evini qeyri-qanuni olaraq ələ keçirən ermənilər 28 il ərzində torpaqlarımızı məhv etmək taktikasını həyata keçiriblər, ərazilərimizi tərk edərkən isə evləri, bağları yandırıblar, ağacları qıraraq meşələrə od vurublar, apara bilmədikləri mal-qaranı güllələyiblər:

"Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş fosfor bombalarından istifadə etməklə meşə yanğını törətdiklərinə, təbiətə ölümcül ziyan vurduqlarına, təkcə insanlığa qarşı deyil, həm də təbiətə qarşı qəsdən cinayətə yol verdiklərinə diqqət cəlb olunub. Yandırılmış evlərdən, meşələrdən başqa, abidələr, qədim kilsələr, məscidlər, muzeylər və qəbiristanlıqlar talan edilib və dağıdılıb. Məscidlər heyvanxana kimi istifadə olunub".

Ermənilərdən fərqli olaraq, Azərbaycan ordusu tərəfindən azad edilmiş torpaqlarda bir kilsənin də dağıdılmadığı nəzərə çatdırılıb.

Ermənilərin törətdiklərini mədəni irsimizə qarşı vandallıq aktı və bütün beynəlxalq konvensiyalara zidd ekoloji cinayət adlandıran soydaşlarımız "Greenpeace International" beynəlxalq təşkilatını Azərbaycanda ətraf mühitin bərpası və təhlükəsizliyinin təmin olunması kimi ümumi işə yardım göstərməyə çağırıb.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar