Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

4 qardaş 44 günlük döyüşlərdə

İkinci Qarabağ Müharibəsində işğalçı düşmənə qarşı döyüşərək torpaqlarımız azad edilməsində onların da böyük rolu olub.

PİA.az xəbər verir ki, söhbət Azərbaycan Ordusunda xidmət edən hərbçi 4 qardaşdan gedir.

Tovuz rayonunun Dondarquşçu kəndindən olan Səməd, Elnur və Kamran Hüseynov qardaşları sentyabrın 27-dən başlayan döyüşlərdə fəallıq nümayiş etdiriblər.

Onlardan üçü ixtisaslı zabit, biri müddətdən artıq hərbi xidmət edən (MAXE) kimi Vətən müharibəsinə qatılıb. Səməd, Elnur və Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitiriblər. Onlardan ikisi hərbi təyyarəçi, Elnur hava hücumundan müdafiə üzrə mütəxəsisdir. On bir il mənimlə bir sinifdə oxuyan Afiq isə MAXE-dir.

Hüseynov Səməd

Qardaşlardan ən böyüyü Hüseynov Səməd Mahir oğlu 1 sentyabr 1984-cü ildə anadan olub. O, 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra, 2002-2006-cı illərdə təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində davam etdirib. 2006-ci ildə leytenant hərbi rütbəsi ilə Hərbi Hava Qüvvələrində Su-25 təyyarəsində təyyarəçi kimi fəaliyyətə başlayıb. Ardıcıl olaraq 2006-cı ildə leytenant, 2008-ci ildə baş leytenant, 2011-ci ildə kapitan, 2015-ci ildə mayor rütbəsini qazanıb.

O, təcrübəli pilot kimi Vətən Müharibəsində fəal iştirak edib.

Qardaşlardan üçüncüsü Hüseynov Elnur Mahir oğlu 13 aprel 1987-ci ildə doğulub. 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub, ardınca 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib, leytenant rütbəsi alıb.

Hüseynov Elnur

Döyüşlərə kapitan kimi qatılan Elnur bu müharibədə əsas məsuliyyətli işlərin icrasında iştirak edib. Düşmənin Pilotsuz Uçuş Aparatlarının bir neçəsinin, eləcə də Azərbaycan Respublikasının hava sərhədlərini pozmağa cəhd edən düşmən təyyarələrinin havada məhv edilməsində xidməti olan zabitlərimizdəndir. Leytenant (2008), baş leytenant (2011) və kapitan (2016) rütbələrinə yiyələnən Elnura qələbədən sonra mayor (2020) rütbəsi verilib.

Qardaşların yaşca kiçiyi olan Hüseynov Kamran Mahir oğlu 8 avqust 1995-ci ildə anadan olub. O da Cəmşid Naxçıvanski adına hərbi liseyin (2010-2013) və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin (2013-2017) məzunudur. Kursant vaxtlarında nizam-intizamılı olub kursu fərqlənmə ilə bitirdiyinə görə Türkiyəyə gəzintiyə göndərilməklə mükafatlandırılıb. 2017-ci ildə leytenant rütbəsi alan Kamran 2020-ci ildə baş leytenant olub. Leytenant rütbəsi ilə Bakıda N saylı hərbi hissədə vertolyotda pilot kimi xidmətə başlayıb. İki illik pilot təcrübəsi ilə baş leytenant kimi müharibədə iştirak edib.

Hüseynov Kamran

Qardaşların yaşca ikincisi olan Hüseynov Afiq Mahir oğlu 17 oktyabr 1985-ci ildə dünyaya gəlib. 2014-cü ildən MAXE işləyən Afiq artilerist sürücüdür. Çox təcrübəli sürücü kimi çətin iqlimə malik dağlıq relyefdə ustalıqla maşın idarə edərək qələbəmizin təmin olunmasında misilsiz xidmətlər göstərib. Onunla adaş olan qardaşım Afiqlə Murovda birlikdə döyüşüblər.

Bu qardaşların atası Mahir Hüseynov Birinci Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, müharibə veteranı, ehtiyatda olan leytenantdır. (report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar