Bazar ertəsi, 25 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Mustafa Şentop Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməni pisləyib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Fransa Milli Assambleyasının “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması” adlı qətnaməni qəbul etməsini pisləyib.

PİA.az-ın xəbərinə görə, Türkiyə parlamentinin sədri bildirib ki, yuxarıda adıçəkilən qətnamənin qəbulundan sonra Fransa Milli Assambleyası parlament kimi öz ciddiyyətini itirib.

“Dövlət olaraq tanınmaq əgər bu qədər asandırsa, dövlət olmaqdan çıxmaq da belə asan olmalıdır. Fransa Fransa Milli Assambleyası parlament kimi öz ciddiyyətini itirib.

Ermənistan da daxil olmaqla, dünyada heç bir dövlətin tanımadığı, tanınması iddiasının Ermənistan tərəfindən dilə belə gətirmədiyi Dağlıq Qarabağı dövlət olaraq tanımaq qərarı qəbul edən bir parlament ancaq fransız nağıllarında özünə yer tapa bilər.

Fransa hökumətinin də beynəlxalq hüquqa görə, Azərbaycana aid olduğunu qəbul etdiyi torpaqları müstəqil bir dövlət kimi tanıyan qətnamə qəbul edən parlamentarilər ancaq bir komik aktyor olaraq iş görə bilərlər.

Fransa hökumətini ciddiyyətə dəvət edirik, fransız xalqının bu absurd qərarı ciddi qəbul etməyəcəklərinə inanırıq”, - deyə Türkiyə parlamentinin sədri vurğulayıb. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda məşhur biznesmenin oğlu "Range Rover"lə qəza törətdi, hadisə yerində öldü - Video

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Xırdalandakı partlayışda dağıntılar altından altı nəfər çıxarılıb - Foto,Video, Yenilənib2

Putin Navalnının onun haqqında hazırladığı “Putinin sarayı” filminə münasibət bildirib

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Ən çox oxunanalar