Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - Ermənilər panikadadır

Qarabağın işğaldan azad olunması və ordusunun tarixi məğlubiyyətinin xofunu üstündən ata bilməyən erməni xalqı mövcud hakimiyyətə təhdidlər yağdırır.

Onlar Ermənistan hakimiyyətinin Zəngəzuru Azərbaycana verəcəyindən narahatdır. Sosial şəbəkələrin erməni seqmentində artıq Qarabağa dönüş və qondarma “Artsax”ın mövcudluğu kimi uydurma fikirlər yerini tarixi Azərbaycan torpağı olan Zəngəzurun itirilməsi təşvişinə buraxıb.

Liana Qriqoryan adlı istifadəçi Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan ilə keçmiş qondarma rejimin “müdafiə ordusu”nun komandanı general-leytenant Mikael Arzumanyanın görüşü ilə bağlı xəbərin şərh bölməsinə yazıb: “Ermənistanın xeyrinə erməni sərhədlərini qoruyun. Sunik və Geqarkuniki versəniz, xalq sizi bağışlamayacaq”.

Şərhdə adıçəkilən Sunik bölgəsi tarixi Zəngəzur mahalının ərazisində yerləşir. 4,506 kv.km ərazisi, mərkəzi Qafan şəhəri olan bölgə şimaldan Vayoc dzor mərzi, cənubdan İran, qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəddir.

Geqarkunik isə tarixi Göyçə gölünün əhatəsində, Ermənistan-Azərbaycan sərhəd bölgəsində yerləşir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından sonra Ermənistanın Azərbaycana vurduğu bütün zərərlər hesablanacaq və beynəlxalq məhkəmələrin qərarı ilə bütün zərərlər Ermənistana ödətdiriləcək. Bu zərər hələ ki 50 milyarda yaxın məbləğlə ölçülür. Lakin Ermənistanın bu məbləği Azərbaycana ödəyəcək qüvvəsi olmadığı üçün əvəzində torpaq verəcəyi bildirir. Tarixi ərazimiz olan Zəngəzurun qaytarılması beləcə gündəmə gəlib. (Publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar