Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxülislam: “Xalqımıza bu qüruru bəxş edən Ali Baş Komandan və müzəffər Ordumuz, şəhidlərimizdir”

Azərbaycan xalqına bu qüruru bəxş edən Ali Baş Komandan və müzəffər Ordumuz, şəhidlərimizdir”.

Bunu bu gün Heydər məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Vəhdət namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri şəhidlərə rəhmət diləyib: “44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev olmaqla, Azərbaycan Ordusu zəfər çalaraq tarixdə yeni səhifə açdı. Allah bu qələbəni bizə qismət etdi. Xalqımız xoşbəxt xalqlardan biridir. Bu qələbənin memarı isə Heydər Əliyevdir. 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevə üz tutaraq onu dəvət etdi. Azərbaycanın ordusu, siyasəti çox zəif idi, bizim Heydər Əliyevə böyük ehtiyacımız vardı. Heydər Əliyev müstəqil Azərbaycanı yenidən qurdu”.

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələndə heç Qarabağla bağlı xəritə də yox idi: “Heydər Əliyev görüşlərdə o xəritələri nümayiş etdirdi. Çünki erməni lobbisinin fəaliyyəti sayəsində hətta bir sıra Avropa dövlətləri Qarabağı Ermənistan torpağı bildirdi”.

A. Paşazadənin sözlərinə görə, Heydər Əliyev Kəbədə olarkən torpaqlarımızın, Qarabağın işğaldan azad olması üçün dualar edib.

QMİ sədri deyib ki, sonrakı dövrlərdə Kəbədə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da Qarabağın azad olması, şəhidlərimiz, Azərbaycan üçün dualar etdiyini vurğulayıb: “İlham Əliyev orada bildirdi ki, Azərbaycanda böyük məscid tikəcək. Roma Papası Fransisk bu məscidə gələndə çox təəccübləndi. Bundan başqa, Prezident İlham Əliyev Kəbədə Qarabağ azad olanda onun ən uca yerində Zəfər məbədi tikəcəyini bildirdi”.

Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, İlham Əliyev tarixə fateh kimi düşdü: “Düşmən torpaqlarımızda genosid həyata keçirib, məscidlərimizi, kilsələrimizi məhv edib. Hətta Şuşada pravoslav kilsəsini erməniləşdirib”.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar