Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalı deputatlar Azərbaycanı təbrik ediblər

Dekabrın 3-də Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında videokonfrans formatında görüş olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Vüqar İsgəndərov, Müşfiq Cəfərov, Naqif Həmzəyev, Elman Nəsirov, Əminə Ağazadə, Cavid Osmanov, Anar Məmmədov, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeriy Kolyux, Vladimir Kreydenko, Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski, ölkəmizin Ukraynadakı səfirliyinin nümayəndəsi Vüsal Süleymanov, Ukraynada Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov və digər şəxslər iştirak ediblər.

Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux bildirib ki, Ukrayna parlamentində Azərbaycanla işçi qrupu ən böyük qruplardan biridir, 50-dən çox üzvü var. Qrup böyük olduğuna görə onun iki həmsədri var.

Qrupun digər həmsədri Vladimir Kreydenko diqqətə çatdırıb ki, Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Hər iki həmsədr Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik ediblər. Həmsədrlər işğaldan azad edilmiş Azərbaycan ərazilərində tezliklə iqtisadi inkişafın və infrastrukturun qurulmasının təmin ediləcəyinə əminliklərini ifadə ediblər. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə və etimada əsaslanır.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Milli Məclisin rəhbərliyi adından ölkəmizin ərazi bütövlüyünün bərpasında birmənalı olaraq bizi yüksək səviyyədə dəstəklədiyinə görə Ukrayna dövlətinə və xalqına təşəkkürünü bildirib.

Diqqətə çatdırıb ki, bu müharibədə beynəlxalq hüquq və ədalət bizim tərəfimizdə idi və biz qalib gəldik. Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələrdir və Prezidentlərimizin sayəsində bu münasibətlər yeni səviyyəyə yüksəlib. Hazırda Ukraynada 500 mindən artıq azərbaycanlı yaşayır. Çoxlu sayda azərbaycanlı gənc Ukraynanın müxtəlif ali məktəblərində təhsil alır.

Sonra onlayn görüşdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birbaşa aviareyslərin bərpası, investisiyaların təşviqi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar