Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda ərzaq məhsulları kəskin bahalaşdı - Video

Ermənistanda son üç gün ərzində süd məhsulları, çörək-un məmulatları və qida məhsulları kimi istehlak mallarının qiymətləri artıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb. Agentliyin əməkdaşları ilə söhbətdə şəhər sakinləri bildiriblər ki, qiymətlərin artması açıq-aydın nəzərə çarpır.

"Bunları görməmək üçün kor olmaq lazımdır. Yoqurt, yağ 10-15 dram bahalaşdı, bəs nə edək, yaşamaq lazımdır. Üç gün keçdi, qiymətlər daha da artdı", - şəhər sakinlərindən biri deyib.

"Zəruri tələbat malları: un, lavaş və yağın qiyməti. Çəki azaldı, qiymət əvvəlki kimi qaldı, bu, gizli artımdır. Lavaşın bir kiloqramının qiyməti 29 dram artdı", - başqa sakin deyib.

Agentlik bildirib ki, Ermənistan şəhərlərinin sakinləri artıq qiymət artımının ailə büdcəsinə təsirini hiss edirlər.

"Əlbəttə, biz qiymət atımının ailə büdcəsinə təsirini hiss edirik, mən təqaüdçüyəm, eyni təqaüd, qiymətlər isə artdı", - təqaüdçülərdən biri gileylənib.

Qeyd edək ki, bir neçə gün əvvəl bəzi yerli ekspertlər ölkədə qiymət artımının olacağını proqnozlaşdırırdılar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar