Bazar, 24 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“İstəməzdik ki, hansısa vətəndaşımızın bu tibbi avadanlıqlara ehtiyacı yaransın, yaxud kimsə şəhid olsun...”

Ölkə başçısının 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı verdiyi sərəncamlar cəmiyyətdə böyük məmnunluq və qürur hissi ilə qarşılanıb.

Məlum sərəncamlara münasibət bildirən millət vəkili Siyavuş Novruzov, hər iki sərəncamın mühüm tarixi əhəmiyyətə malik olduğunu qeyd edib:

“Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu çox böyük bir qələbəyə imza atdı. Azərbaycanın uzun illərdir ki, pozulan ərazi bütövlüyü təmin edildi. Artıq düşmənlə hərbi müstəvidə müharibə başa çatıb. Diplomatik, informasiya və s. sferalarda isə mübarizəmiz davam edir. Qarşıda bizi işğaldan azad edilən ərazilərdə geniş tikinti-quruculuq işləri gözləyir. Hansı ki, cənab prezidentin bununla bağlı bir sıra qərar və göstərişləri mövcuddur.

Yaralı hərbçilərimizin reabilitasiyası, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması və s. ilə bağlı kompleks proqramlar mövcuddur. Hansı ki, bu proqramların, bu addımların hər biri hər bir vətəndaşda böyük məmnunluq, vətənpərvərlik duyğusu oyadır.

90-cı illərdə bu sahədə necə bir vəziyyətin hökm sürdüyü hər kəsə məlumdur. Həmin dövrdə nə şəhidlərlə bağlı dəqiq qeydiyyat sistemi var idi, nə şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması istiqamətində ciddi adımlar atılmırdı. 1993-cü ilə qədər – Ümummilli lider hakimiyyətə qayıdana qədər biz bu mənzərənin şahidi olduq.

Ümummilli lider hakimiyyətə gələndən sonra vəziyyət də dəyişdi. Şəhid ailələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilməyə başladı. Bu ənənə bu gün də davam edir. Bu gün hər bir vətəndaşımız bilir ki, onun arxasında dövlət, ölkə başçısı, I vitse-prezident durur. Yadınızdadırsa, yaralı hərbçilərimizlə ölkə başçısının görüşü zamanı vurğulandı ki, I vitse-prezident tərəfindən ölkəmizə yeni protezlər, tibbi avadanlıqlar gətirilib. Hansı ki, bunların hamısı yüksək texnologiyalar əsasında istehsal edilib. Təbii ki, biz istəməzdik ki, hansısa vətəndaşımızın bu tibbi avadanlıqlara ehtiyacı yaransın, yaxud kimsə şəhid olsun. Lakin müharibənin də öz qanunları mövcuddur.

Ölkə başçısının sərəncamlarından biri 8 noyabrla – Azərbaycan ordusunun qələbəsi ilə bağlıdır. Bu qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavabdır. Son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Uşaq, qadın demədən xalqımıza qarşı soyqırım gerçəkləşdirilib. Xocalı soyqırımı buna nümunədir. Lakin bu 200 ilin yekununda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə elə bir zərbə vurdu ki, son 200 ilin qisasını düşməndən aldı. Ermənistan məcburiyyət qarşısında kapitulyasiyaya imza atmağa məcbur oldu. Hansı ki, biz II Dünya Müharibəsindən bu günə qədər belə bir kapitulyasiyaya şahid olmamışıq.

Biz son 200 ildə xalqımızın başına gətirilən müsibətlərə şanlı qələbəmizlə cavab verdik, düşməni diz çökməyə məcbur etdik. Buna görə də 8 noyabr tarixi çox böyük bayramdır və hər zaman böyük qürur və sevinc hissi ilə qeyd ediləcək”. (Moderator)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rövnəq Abdullayev SOCAR-ın prezidenti vəzifəsindən alınır? - Prezidentin sərəncamında adı keçmir...

Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” - Video 

“Onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar”  - Jurnalist sabiqlərə od püskürdü...

Putin Navalnını azad etsə… – “Nyu-York Tayms”

“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar

“Putin bu bahalı saraydan imtina edib…Rusiyada “Maydan” hazırlanır” –Rusiyalı politoloq

Salyanda həbs edilən vəzifəli şəxsin şirkəti üzə çıxdı

Moskvada etirazçılar "Matrosskaya tişina" həbsxanasına hücum ediblər

Fərhad Bədəlbəyli və Polad Bülbüloğlu Şuşada

Ən çox oxunanalar