Cümə, 22 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Avropa Liqası: "Qarabağ" ilk xalını qazandı - Yenilənib

"Qarabağ" klubu UEFA Avropa Liqasında V tur matçına çıxıb. PİA.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda İsrailin "Makkabi" (Təl-Əviv) komandasını qəbul edib. İrlandiyalı referi Robert Hennessinin idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Heyətdəki zədə və koronavirusa yoluxmalar üzündən "Qarabağ" oyuna itkilərlə çıxıb. Baş məşqçi Qurban Qurbanovun iştirak etmədiyi qarşılaşmada ehtiyat oyunçular skamyasında cəmi 6 futbolçu yer alıb ki, onlardan 2-si qapıçı olub.

Start heyətdə isə qolkiper Şahruddin Məhəmmədəliyevin önündə müdafiəçilərdən Elvin Cəfərquliyev solda, Kevin Medina və kapitan Qara Qarayev mərkəzdə, Donald Gerye sağda yer alıb. Yarımmüdafiənin mərkəzində İsmayıl İbrahimli və Uroş Matiç, onların önündə Filip Ozobiç,cinahlarda Abdullah Zubir və Xayme Romero çıxış edib. Mərkəz hücumçusu mövqeyi isə Ovusu Kvabenaya həvalə olunub.

Hesabı İsraildəki görüşdə olduğu kimi, yenə Yonahan Kohen açıb. O, 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Lakin bu, həmin matçdan fərqli olaraq, görüşdə vurulmuş yeganə qol olmayıb. 37-ci dəqiqədə Xayme Romero bərabərlik qolunu vurub.

Bununla da "Qarabağ" I qrupunda ilk xalını qazanıb. (Report)

***

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda ikinci hissə start götürüb.

PİA.az-ın məlumatına görə, ilk yarıdan sonra hesab bərabərdir - 1:1. (Report)

***

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda birinci hissə yekunlaşıb.

PİA.az-ın məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar. (Report)

***

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ” - “Makkabi” matçında hesab dəyişib.

Qarşılaşmanın 37-ci dəqiqəsində Ağdam təmsilçisinin hücumçusu Xayme Romero bərabərlik qolunu vurub.

***

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun "Qarabağ" - "Makkabi" oyununda hesab açılıb.

PİA.az-ın məlumatına görə, 22-ci dəqiqədə qonaqların heyətində Yonatan Koen penaltidən fərqlənib.(Report)

***

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" və İsrailin "Makkabi" (Tel-Əviv) komandası arasında keçirilən oyun start götürüb.

PİA.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayıb.

Qeyd edək ki, Ağdam klubu Azərbaycandakı hərbi vəziyyət rejimi ilə bağlı rəqibini qardaş ölkədə qəbul edir. (Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Akarın şok planı: “Ayın sonuna qədər...” - Böyük əməliyyatın anonsu

Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi - Yeni təyinat

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb

Həkim-psixiatr: “Koronavirusa qarşı vaksin mövcud deyil” - Müsahibə  

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Azərbaycan əsgəri minaya düşərək həlak olub - Foto

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

“İlhamə Qiliyevadan sonra mənim sözüm keçir” - Afət Fərmanqızı

“Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına” – Pənah Hüseyn

Ən çox oxunanalar