Cümə axşamı, 21 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Türk ordusu Qarabağa gəlməməlidir" - deyən deputatın kimliyi

Çox unutqan və bivec millətik. Özümüzə qənim kəsilməkdə tayımız-bərabərimiz yoxdur. Bəlkə də dünyada öz tarixinə, keçmişinə laqeyd olan ikinci belə millət tapmaq çətindir. Adam 10 ildir müstəqil dediyimiz(?) Azərbaycan parlamentinin deputatıdır, indi yadımıza düşdü ki, onun babaları kimlər olub? 1918-ci il Mart qırğınını Şəhər kommunasının sədri Şaumyanın əmri ilə həyata keçirən əsas təşkilatçılar sırasında yer alanlardan biri də bəli, Bakının hərbi komendantı Qəzənfər Musabəyov olub.

Onun kimliyini araşdırmağa ehtiyac yoxdur. Əgər milli təəssübkeşliymiz olsa idi, bu gün babası Qəzənfər Musabəyovla qürur duyan nəvə Rasim Musabəyovun Azərbaycanın Milli Məclisində təmsil olunmasına imkan verməzdik. Birinci hökumətimizin çökməsində Musabəyovlar nəslinin göstərdikləri xidmətlər danılmazdır. Dövrün gerçək hadisələrindən biri də Məmməd Əmin Rəsulzadənin yaratdığı Müsavat Partiyası ilə bağlıdır ki, üzərində dayanmağı vacib hesab edirəm. Müsavatın güclənməsi Bakı kommunasını bərk qorxuya salırdı. Ona görə də təşkilata qarşı mübarizədə Şaumyanın başlıca məqsədi Müsavatı ləğv etməkdən ibarət idi. Bu məsələdə onun yaxın silahdaşı kimi Qəzənfər Musabəyovun misilsiz xidmətləri xüsusilə qeyd olunmalıdır. İllər keçdi və gəlib çatdıq 1992-ci ilə. Bu zaman nəvə Musabəyovu İsa Qəmbərin rəhbərliyi ilə təsis edilən Müsavat Partiyasının Divan üzvülüyündə gördük və sonra da nəvə Musabəyov buradan transfer etdi hazırkı YAP hökumətinə. Maraqlıdır, deyilmi?

Yuxarıda müstəqil Azərbaycan sözünə bir sual işarəsi əlavə etmişdim. Səbəbsiz etməmişdim. Jirinovskinin neçə gün əvvəl səsləndirdiyi “Rusiya heç bir vəchlə Azərbaycan parlamentinə müxalifət partiyasının buraxılmasına yol verə bilməz”. Yəni sahibi – ixtiyar bizik. Bir balaca dərindən düşünəndə adamı dəhşət bürüyür. Doğrudanmı Rusiya Azərbaycanı özünə bir avtonom diyar hesab edir? Yoxsa niyə belə desin ki!? Belə təhqiramiz bəyanatdan sonra gözləmək olardı ki, Azərbaycan hökuməti, müxalifəti, cəmiyyətimiz və ziyalılarımız tərəfindən kəskin tənqid olunacaq və Rusiya dövlətinin sözçüsü Jirinovskini siyasi işğalçı mövqedən çəkinməyə məcbur edəcəklər. Yalandan bir-iki yüngül etirazla işi bitmiş hesab etdik. Bizim ki, qalıb bir Allaha!!! Çalışacam bundan sonra müstəqil sözünü dilimə gətirməyim. Gətirəndə də müstəqil dediyimiz Azərbaycan şəklində ifadə edim.

Eldar Sabiroğlu

Sabiq deputat

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Əgər belə olsa, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik”

Politoloq: Qazaxın ermənilərdə olan 7 kəndi Azərbaycana qaytarıldı - Siyahı

Putinin milyardlıq sarayı üzə çıxdı - Fotolar

“Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim” - Paşinyan

Mehri dəhlizi açılsa, İrana və Ermənistana embarqo...

Ordumuzun Qars təliminə İrəvanın “cavabı”..

Paşinyanın nümayəndələrinin Xankəndiyə yenidən səfərlərinin əsas məqsədi...

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

Ağ Evdə gedən “qan davası”nın arxasında hansı mafiya şəbəkəsi var?

Ən çox oxunanalar