Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quterreş: "Maliyyə çatışmazlığı var"

BMT-nin COVID-19-la bağlı cavab tədbirləri görməsi üçün maliyyə çatışmazlığı var”.

PİA.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Prezidentinin təşəbbüsü əsasında keçirilən BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxışı zamanı deyib.

O, dünya ölkələrini COVID-19-la mübarizədə birgə səylərini gücləndirməyə çağırıb: “Biz satınalma və logistik əməliyyatarımızı 73 ölkəyə tibbi ləvazimatlar və tibbi tədarükləri çatdırmaq üçün səfərbər etmişik. Ümumdünya Səhiyyə Təşkilatının göstərişləri əsasında genişmiqyaslı, koordinasiyalı və hərtərəfli cavab tədbirləri virusun ötürülməsinin, ölüm hallarının azaldılmasının qarşısının alınması və hamımız üçün əlçatan olan vaksinlərin hazırlanması, diaqnostika və müalicənin inkişaf etdirilməsi məqsədi daşıyır. Mən dəfələrlə COVID-19 vaksininin hər yerdə, hər kəs üçün əlçatan olan qlobal ictimai məhsul olmasına çağırış etmişəm. Bu sahədə fəaliyyət sürətlənib. Amma növbəti iki ay üçün təcili lazım olan 4.3 milyard ABŞ dolları da daxil olmaqla, 28 milyard dollar həcmində maliyyə çatışmazlığı var. Mən töhfə verənlərə təşəkkür edirəm və hər kəsi güclü dəstək verməyə çağırıram”.

Baş katib qeyd edib ki, ölkələr hərəsi öz istiqamətində getdiyi zaman virus da hər istiqamətdə yayılır. O, dünya ölkələrini virusla mübarizədə əməkdaşlığı artırmağa çağırıb. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar