Bazar ertəsi, 25 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2021-2022-ci illərdə Uşaq Məcəlləsinin layihəsini hazırlamağı nəzərdə tutur.

Bunu Trend-ə Dövlət Komitəsi sədrinin köməkçisi Fərid Ədilov deyib.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın Fəaliyyət Planı üzrə birinci istiqamət uşaqların müdafiəsi sahəsində normativ hüquqibazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübədən öyrənilməsi ilə bu sahədəçevik institusional mexanizmlərin formalaşdırılmasıdır:

"Buraya yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, uşaqlara qarşı zorakılığın qadağan olunması, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətin keyfiyyətinədair tələblərin hazırlanması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, inklüziv təhsilə dairnormativ hüquqi bazanın təkmilləşdirilməsi və bu istiqamətdə təkliflər hazırlanması yer alıb. Plana uyğun olaraq, çətin həyat şəraitində olan uşaqların aşkarlanması və bu sahədə tədbirlərinin həyata keçirilməsi üzrə işlək mexanizm yaradılması da planlaşdırılır".

F.Ədilov əlavə edib ki, Fəaliyyət Planının bu istiqamətləri üzrə 2021-2022-ci illərdə Uşaq Məcəlləsinin layihəsinin hazırlanması da nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar”  - Jurnalist sabiqlərə od püskürdü...

Bakıda gənc qadın özünü hündürmərtəbəli binadan atdı - Anbaan video

Səs yazısı yayılan Anar Cəbrayıllı danışdı: “Məni şantaj etməyə başladı ki...” - Audio

Paytaxt xəstəxanasında özbaşınalıq: Baş həkim dövlətin verdiyi dərmanları satır - Video  

İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon rəhbərləri

Ramiz Mehdiyevin AMEA "islahatları"nın pərdəarxası məqamları..

Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq

Azərbaycanlını öldürən dəniz quldurları haqda bilmədiklərimiz - Foto

“Mikayıl Cabbarov həm Tarif Şurasının, həm də SOCAR-ın Müşahidə Şurasının rəhbəridir”

Bəxtiyar Vahabzadənin oğlu: "Rusiyanı niyə bu qədər ilahiləşdirirlər?"

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa...

Ən çox oxunanalar