Çərşənbə, 27 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Baydenin komandası “Strateji Türk Üçbucağı”nı müzakirə edir - ABŞ Türkiyə ilə Afrikada da qarşıdurma yaşaya bilər...

Görünür, Amerikanın yeni administrasiyası Türkiyəni təkcə Suriya baxımından deyil, həm də qlobal səviyyədə, çoxyönlü bir strategiya çərçivəsində nəzərə alır...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə, 3 dekabr 2020-ci il

Baydenin yeni xarici əlaqələrlə bağlı heyəti arasında “Strateji Türk Üçbucağı” barədə müzakirələr aparılır. Yeni Amerika administrasiyasının Türkiyə ilə potensial gərginlik nöqtələrini və mümkün diplomatik toqquşma sahələrini araşdırıram.

Hər kəs kimi mən də Türkiyənin Amerika ilə ilk üzləşəcəyi bölgənin Şimali Suriya olacağını düşünürəm. Lakin yaxın zamanda mütəxəssislərin müzakirələrində Türkiyə məsələsində tez-tez Somalinin adı çəkilməyə başlanıb. Elə buna görə də, Afrika qitəsində Türkiyə ilə Amerikanın maraqlarının necə toqquşa biləcəyini düşünməliyik.

Strateji baxış

ABŞ-ın Suriyanın şimalı və PYD ilə əlaqələri, sözsüz ki, Türkiyənin aparıcı milli təhlükəsizlik problemi olmağa davam edəcək. Lakin unutmayaq ki, yeni Amerika administrasiyasına hazırlaşan insanlar ABŞ-ın Türkiyə ilə olan münasibətlərinə daha geniş və qlobal bir perspektivdən baxırlar.

Bir çox insanın fikrincə, Tramp dövründə ABŞ-ın qlobal nüfuzunu və gücünü xeyli itirdiyini düşünən Bayden öz rəhbərliyi dövründə ABŞ-a qlobal hökmranlıq imkanlarını yenidən qaytarmaq üçün çalışacaq.

Bu mütəxəssislərə görə, Afrika qitəsi Amerikanın qlobal güc yarışında və güc mübarizəsində önəmli bir yerə sahibdir. Amerika dövlətinin müvafiq vahidlərində Afrikada Çinin artan gücü və bunun ABŞ-a mümkün təsirləri üzərində işləyirlər. Həmçinin, bu bölgədə baş verə biləcək bir hakimiyyət müharibəsində Türkiyənin mövqeyinin necə olacağını nəzərdən keçirirlər.

Türkiyənin strateji baxışı

Bu mərhələdə xarici siyasətdən ayrılıb qısa müddətlik də olsa, daxili siyasətə qayıtmalıyıq. Müxalifət dairələri bir müddətdir ki, Türkiyə rəhbərliyinə xüsusilə bəzi ölkələrə yayılmış iqtisadi və hərbi investisiyalar barədə suallar verirlər. Müxalif dairələr Türkiyənin Somali və Qətər kimi ölkələrdə nə işi olduğunu soruşurlar və bu ölkələrlə qurulan münasibətlərin təməlində gizli məqamlar olduğunu iddia edirlər.

Həqiqətən də, Türkiyə uzun müddətdir, məsələn Somaliyə həm iqtisadi, həm də hərbi investisiyalar qoyur. Türk Hava Yolları bu ölkəyə müntəzəm uçuşlar həyata keçirir və Türkiyənin dünyanın ən böyük səfirliklərindən biri də məhz bu ölkədə açılıb. Türk əsgərləri orada qurulan hərbi bazada təlim keçirlər və hətta Somali ordusunda türkdilli bir birlik də yaradılıb.

Bu kimi mövzularda iqtidarla müxalifət arasında lazımi dialoq meydana gəlmir və bu səbəblə, bəlkə də, müxalifət Türkiyənin bu addımlarını heç cür başa düşə bilmir.

İndi isə ABŞ-dakı mənbələrdən aldığım son məlumatlara görə, Türkiyədəki müxalifətin başa düşmədiyi şeyləri yeni ABŞ administrasiyası anlamağa başlayıb. Yəni Bayden administrasiyası Amerikanın yenidən yaradacağı qlobal güc istiqamətində Türkiyənin də əhəmiyyətli bir rol oynaya biləcəyini düşünür.

Strateji Türk Üçbucağı

Yaxın zamanda Ağ Evə köçəcək olan yeni administrasiya hazırda Afrika və Yaxın Şərqdəki həmlələri ilə Qırmızı dəniz, Fars Körfəzi və Hind Okeanında strateji bir üçbucaq yaratmış Türkiyəyə ilə bağlı atılacaq addımları müzakirə edir. Bu strateji üçbucaq Sudan, Qətər və Somali arasında qurulduğu üçün, zənnimcə, administrasiyanın Qətərlə münasibətlərini anlamağa çalışanlar məsələyə bir də buradan baxmalıdırlar.

Bu üçbucaq strateji bir “kozr” olacaq

Təbii olaraq, Türkiyə yenə milli təhlükəsizliyinə qarşı edilən təhdidi yenə də Suriyanın şimalından gözləyəcək. Çünki yeni ABŞ administrasiyası bu bölgədə bir Kürd dövləti yaratmaq layihəsindən imtina etməyəcək və üstəlik, neoconların rəhbərlikdə artan gücü ilə birlikdə bu istiqamətdə yeni addımlar da atacaq.

Bu mərhələdə Türkiyənin bu günədək bəzi Afrika və Yaxın Şərq ölkələrində atdığı diplomatik və hərbi addımları əlində strateji “kozr” kimi saxlayacağı ehtimal edilir. Yeni administrasiyanın fikrincə, ABŞ-ın Somali və digər ölkələrdə öz strateji hədəflərinə daha rahat çatması Türkiyə ilə ortaqlıq yaratmasından asılı ola bilər. Həmçinin, düşünürlər ki, əgər vəziyyət o nöqtəyə çatsa, Türkiyə şimali Suriyada addım atacaq və ABŞ-a qarşı Qırmızı dəniz və Fars Körfəzindəki təsirindən istifadə edəcək.

Amerika Birləşmiş Ştatlarının Türkiyəyə qlobal baxışı

Görünür, Amerikanın yeni administrasiyası Türkiyəni təkcə Suriya baxımından deyil, həm də qlobal səviyyədə, çoxyönlü bir strategiya çərçivəsində nəzərə alır. Türkiyə də bunu başa düşüb qlobal səviyyəli bir strategiya yaratmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir?

Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi

“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəyişdirilməsinin səbəbi açıqlandı

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

"Azəriqaz" əhaliyə necə "torba tikir?" – Sensasion faktlar

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

Nazir Rövşən Əkbərovun bacısı oğlunu rəis təyin etdi

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

Əməkdar artist Siyavuş Aslanın oğluna ölüm arzuladı: “Ona niyə yazığınız gəlir?”

Ən çox oxunanalar