Koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşlarının dayandırılması səbəbindən ölkəmizdə qalan 365 Rusiya vətəndaşının ölkələrinə keçidi təmin olunub.
Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində qeydiyyatda olan qonşu ölkənin vətəndaşlarının bu gün “Samur” sərhəd keçid məntəqəsindən ölkələrinə qayıtması təmin olunub.
pia.az