Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan müxalifəti Paşinyanın yerinə namizəd müəyyənləşdirdi - Yenilənib

Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə müxalifətdən vahid namizəd, ölkənin keçmiş baş naziri və müdafiə naziri Vazgen Manukyan ola bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Vətən" Partiyasının idarə heyətinin üzvü Robert Arutunyan bildirib.

"Vazqen Manukyan Ermənistanın keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq", - o deyib.

Manukyan 27 oktyabrda, Dağlıq Qarabağda müharibənin başlanmasından 1 ay sonra, hökuməti istefaya getməyə və hakimiyyəti orduya verməyə çağırıb.

***

Ermənistan müxalifəti dekabrın 3-də keçiriləcək mitinq zamanı ölkənin baş naziri vəzifəsinə öz namizədinin adını açıqlamağa söz verib.

“Report” "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə "Daşnaksutyun" partiyasının nümayəndəsi Arsvik Minasyan bildirib.

"Sabah böyük mitinqin gedişatında biz fəaliyyətimizi elan edəcəyik və baş nazir vəzifəsinə namizədi açıqlayacağıq", - Minasyan deyib.

Onun fikrincə, baş nazir Nikol Paşinyan nəyin bahasına olursa-olsun, hakimiyyəti əldə saxlamaq istəyir.

"Konstitusiya üsulu ilə xainin yerdəyişməsi üzrə addımlara başlamaq qaldı", - Minasyan bildirib.

Qeyd edək ki, bu gün Yerevanın mərkəzində müxalifətin yürüşü keçirilib. Aksiya iştirakçıları hökumət binasına yaxınlaşıblar. Aksiyada "Daşnaksutyun"dan başqa "Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarının üzvləri də iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar