Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycanın e-ticarət portalına 512,2 milyon dollarlıq sifariş daxil olub - Foto

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azexport.az portalına 512,2 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında məlumat verilib.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında portala daxil olan ixrac sifarişləri dəyər baxımından 7,3 faiz artıb.

2020-ci ilin oktyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 49,8 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə ixrac sifarişləri dəyər baxımından 21,5 faiz artıb.

Qeyd edilib ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 oktyabr tarixinə kimi (46 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,9 milyard ABŞ dolları təşkil edib. (oxu.az)

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Ən çox oxunanalar