Şənbə, 23 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Firdovsi Umudov minaya düşmüş qazimizi ziyarət etdi - Video

Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik-leytenantı, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov cəbhədə minaya düşərək hər iki gözünü itirən qazi Amil Əliyevi ziyarət edib.

Umudov Vətən müharibəsində, Qarabağın azadlığı uğrunda döyüşən qazimizə dəstəyini bildirib. DSX polkovnik-leytenantı qələbədə payı olan hər bir hərbçimiz və əsgərimizlə fəxr etdiyini deyib:

“Başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla bütün hərbçilərimiz, əsgərlərimiz, könüllülərimiz sağ olsunlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Yaralılarımız tez sağalsınlar. Hər bir Azərbaycan vətəndaşı ölkə başçısının ətrafında bir oldu və nəticədə böyük qələbə əldə etdik. Hamımız sizinlə fəxr edirik.

Sizin kimi qəhrəman övladlarımızın sayəsində bu gün Qarabağımız bizdədir. Torpaqlarımızı azad etdik, suverenliyimiz tam oldu, Azərbaycan bütövləşdi. Bütün şəhid valideynlərinin, qazi valideynlərinin qarşısında baş əyirəm. Mən təlimlərdə olanda gördüm ki, bütün əsgərlərimizdə ruh yüksəkliyi var, hər kəs Ali Baş Komandanın istənilən əmrinə hər an hazırdır. Hərbçilərimiz, əsgərlərimiz bir əlində bayraq, bir əlində silah döyüşə yollanırdı”.

Firdovsi Umudov bildirib ki, bütün dünya Azərbaycanın apardığı döyüş taktikasından danışıb: “Hamı təəccüblənir ki, Azərbaycan necə döyüş apardı? Hər zaman var olun, hər zaman sizin yanınızdayıq. Bu bizim borcumuzdur. Fəxr edirik və qürur hissi keçiririk. Gülə-gülə qələbə qazanmaq hər ordunun işi deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb

Azad Rəhimov ABŞ-da əməliyyat olunub və komaya düşüb - Yenilənib

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

“Bu Azərbaycan xalqına meydan oxumaqdır, Azərbaycanı oyuncaq dövlətə çevirməkdir” - İlham İsmayıl

Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır

"Azərbaycanın İrəvandakı nümayəndəliyi..." - Babayan hiddətləndi

“Hökumət daxilində təhlükəli mafiya var...” - Müşfiq Ələsgərlidən sensasiyalı açıqlama

Azad Rəhimov: “Narahatlığa heç bir əsas yoxdur”

Masallıda əməliyyat keçirilib - Saxlanılanlar var

“Siyavuş Novruzov karyerdə daş ata-ata hüquq üzrə elmlər doktoru olub?” – Tural Abbaslı

Ən çox oxunanalar