Şənbə, 23 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ordumuz Zod qızıl yatağına tam nəzarət edir, qanunsuz hasilat işləri dayanıb

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərdəki Zod (Söyüdlü) qızıl yatağındakı hazırkı vəziyyəti əks etdirən videokadrlar yayıb. Videokadrlara əsasən ordumuz qızıl yatağının indiyədək Ermənistan tərəfindən qanunsuz istismar edilən hissəsinə tam nəzarət edir və orada stasionar post qurub. Nəticədə yataqda hasilat işləri aparan “GeoProMining” şirkətinin ağır texnikası, yükünü özüboşaldan maşınları ordumuzun nəzarəti altındadır, yataqda hasilat işləri isə dayanıb.

Kəlbəcər rayonu 10 noyabr üçtərəfli razılaşmasına əsasən noyabrın 25-də Azərbaycanın nəzarətinə qaytarılıb. Azərbaycan ordusunun bölmələri Murov aşırımı və Daşkəsən istiqamətindən çətin keçilən dağ yolları ilə hərəkət edərək Kəlbəcərdə müəyyən olunmuş mövqeləri tutublar, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədinin Söyüdlü yatağından keçən hissəsinə nəzarəti ələ alıblar. Bundan əvvəl Ermənistan tərəfi sərhədin həmin hissəsindən Azərbaycan ərazilərinin 1.5 kilometr içərilərinə doğru, Ağdərə-Vardenis yolunun üzərində darvaza qoymuşdu və yolu bağlamışdı.

Lakin Azərbaycan ordusu həmin darvazanı sındırıb və dövlət sərhədini bərpa edib. Nəticədə Söyüdlü yatağının əsas hissəsi ordumuzun nəzarəti altına keçib, yataqda hasilat işləri aparan şirkət işləri dayandırıb. Erməni tərəfinin bildirdiyinə görə, hazırda sərhədlərin demarkasiyası barədə müzakirələr gedir. Lakin sovet dövrü xəritəsinə əsasən Söyüdlü yatağının 70 faizə yaxın hissəsi Azərbaycan ərazisinə düşür və bu səbəbdən Ermənistan yataqdan çəkilməli olacaqlarını təsdiq edir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Həkim-psixiatr: “Koronavirusa qarşı vaksin mövcud deyil” - Müsahibə  

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb

Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi - Yeni təyinat

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Azad Rəhimov ABŞ-da əməliyyat olunub və komaya düşüb - Yenilənib

“Bu Azərbaycan xalqına meydan oxumaqdır, Azərbaycanı oyuncaq dövlətə çevirməkdir” - İlham İsmayıl

Pənah Hüseyn Nemət Pənahlıya “dana” dedi – Video

Ramiz Mehdiyev Yaqub Mahmudovu vəzifəsindən azad etdi

“Azəriqaz”ın baş direktoru qaz limitinin ləğv edilməsi məsələsindən danışdı

Masallıda əməliyyat keçirilib - Saxlanılanlar var

Ən çox oxunanalar