Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamaləddin Qafarov: ”Azərbaycan xalqı yeni zəfər tarixi yazdı!”

“Dünən  Laçın rayonu erməni işğalından azad olundu. Bu möhtəşəm, unudulmaz gün münasibətlə bütün Azərbaycan xalqını, laçınlıları, möhtəşəm qələbəyə sevinənlərin hamısını ürəkdən təbrik edirik. Çox böyük qürur  hissi ilə qeyd edirik ki, artıq heç bir azərbaycanlı qaçqın deyil, onlarla yanaşı, biz də doğma torpaqlarımıza qovuşduq, ölkəmizin  ərazi  bütövlüyü  təmin olundu.” Bu sözləri  yap.org.az  saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov bildirmişdir.

Millət vəkili qeyd etmişdir ki, 44 günlük müharibə 300-ə qədər kəndin, 5 şəhərin, 4 qəsəbənin, xeyli sayda strateji yüksəkliklərin işğaldan azad olunmasını təmin etdi. Ermənistanın başqa çıxış yolu yox idi,  ya birgə Bəyanata imza atmalı, ya da tamamilə  məhv olmalı idi. Azərbaycan Ordusu işğalçı dövləti diz çökdürdü.  10 noyabr tarixli  üçtərəfli bəyanat işğalçı dövlətin kapitulyasiyasını əyani sübut edən rəsmi   sənəddir,  Ermənistan  və onun havadarları olan dövlətlər  bir daha dərk etdilər ki, saxta tarix   heç zaman reallıqları əvəz edə bilməz. «Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu isə düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik» söyləyən cənab İlham Əliyevin də qeyd etdiyi kimi, indi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır.»

Kamaləddin Qafarovun fikrincə, indi qarşıda duran vəzifələri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev çox dəqiq  müəyyənləşdirilmişdir və bu istiqamət bizim  hamımız üçün gələcək fəaliyyət proqramı olmalıdır:”Ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir”.

pia.az

   

   

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar