Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər iki Qarabağ Müharibəsinin şahidləri: “Özünü mina üstünə atanlar da oldu, tank üstünə atanlar da” - Video

Hər iki Qarabağ Müharibəsinin canlı şahidləri, iştirakçıları, qazilərimiz... Hər iki tarixi yaşayanlar... Hər birinin həyatı ayrıca mərdlik məktəbi, qəhrəmanlıq dastanı, igidlik salnaməsidir.

Qarabağ Əlilləri və Qaziləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov deyir ki, Vətən Müharibəsi başlayanda qurumun üzvləri könüllü olaraq ön cəbhəyə yollanıblar:

“Biz üç dəfə Müdafiə Nazirliyinə müraciət edib icazə istədik. Ali Baş Komandandan icazə istədik. Bizə dedilər ki, gözləyin, ehtiyac olarsa, mütləq səfərbər ediləcəksiniz. Buna baxmayaraq, bəzi üzvlərimiz özləri ön xəttə gedib xidmət göstərdilər, əllərindən gələni etdilər”.

Qazilərimiz bu dəfə əllərinə silah alıb döyüşə bilməsələr də, bacardıqları qədər gənc hərbçilərimizə dəstək olublar. Qazi Hüseyn Allahverdiyev Ağdamın Quzanlı kəndindəndir, onu ikinci dəfə ön cəbhəyə aparan da məhz vətən sevgisi, yurd həsrətidir.

O deyir ki, Azərbaycan əsgərinin ruh yüksəkliyi, texniki təchizat, vahid komandanlıq və koordinasiya bizə zəfər qazandırdı:

“Mən o gənc hərbçilərin gözündə cəsarət gördüm. Biz oraya ölməyə və öldürməyə getmişdik. O vaxt bizim texniki cəhətdən, silah cəhətdən çox korluğumuz oldu. Amma bu millətin, türk oğlu türkün mümkün deyil silahlı-silahsız cəsarətini qırmaq... Mümkün deyil... Özün mina üstünə atan, tank qabağına atan – hər cür igidliyin şahidi olduq!”

Daha ətraflı AZTV-nin videoreportajında:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar