Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hələ sülh sazişi imzalanmayıb, ona görə..." – Ekspert

Laçın ermənilər üçün həyati əhəmiyyətə malik ərazi idi. Laçının işğaldan azad edilməsi Qarabağ münaqişəsinin hərbi hissəsinin uğurla bitməsinin təsdiqi oldu.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Laçının işğaldan azad edilməsi və bundan sonrakı siyasi proseslər haqda danışarkən deyib.

O bildirib ki, illərdir Ermənistan bizə “güzəşt” adı altında beş rayonu verib daha sonra referendumla keçmiş Dağlıq Qarabağa müstəqillik almağa çalışırdı:

“Hətta onlar yalnız bundan sonra KəlbəcərLaçını boşalda biləcəklərini deyirdilər. Laçının da hamısını deyil. Lakin Azərbaycan hərbi yoldan istifadə edərək bir daha sübut etdi ki, biz istədiyimiz halda işğalda olan 7 rayonu və keçmiş Dağlıq Qarabağın ərazisini geri qaytara bilərik.

Şübhəsiz, uğurlarımız danılmazdır. Tarixi bir qələbə qazandıq. Ötən gün Laçının da işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik masada qələbəsinin göstəricisidir. Münaqişənin hərbi mərhələsi artıq sona çatıb. Siyasi müstəvidə mübarizəmiz davam edir. Yekun sülh müqaviləsi hələ imzalanmayıb. Bu, çox vacibdir. Çünki yekun sülh müqaviləsində bir çox məsələlər, eyni zamanda təzminat məsələsi də öz həllini tapmalıdır.

Sülhməramlılar, xüsusilə Türkiyə və Rusiya sülməramlılarının fəaliyyətini vurğulamaq lazımdır. Mütləq şəkildə türk hərbçiləri Azərbaycana gəlməli və Rusiya ilə birlikdə sülhməramlı missiyanı yerinə yetirməlidir.

Qarşıdan gələn danışıqlar prosesində də uğurun davamlı olacağını düşünürəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar