Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra Hakimiyyətinin sevimli şirkəti: Tenderi yalnlız bu şirkət qazanır...

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər üzrə nümayəndəliyi “Nial Construction” MMC ilə müqavilə bağlayıb.

PİA.az xəbər verir ki, maliyyə dəyəri 104 288 AZN olan müqaviləyə əsasən şirkət İsmayıllı şəhərində mənzil fondunun əsaslı təmirini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən 18 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı İsmayıllı rayonu Talıstan kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Seyfəli Şamil oğludur.

Araşdırmalarımız zamanı bəlli olub ki, “Nial Construction” MMC bir qayda olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin keçirdiyi iriməbləğli tenderlərin qalibi olur.

Məsələn, bu ilin fevralında icra hakimiyyəti ümumi dəyəri 3,6 milyon AZN təşkil edən bir neçə tender keçirib. Bu tenderlərdən birinin qalibi “Nial Construction”dur. İcra hakimiyyəti şirkətlə 383 000 AZN-lik müqavilə bağlayıb.

2019-ci ildə isə İsmayıllı Rayon İcra Hakimiyyəti zəlzələ nəticəsində ziyan görmüş vətəndaşların evlərinin təmiri məqsədilə “Nial Construction” MMC ilə maliyyə dəyəri 990 000 AZN olan müqavilə imzalayıb.

Şirkətin qanuni təmsilçisi Seyfəli Qasımova gəlincə, açıq mənbələrdə onun barəsində yalnız 2017-ci ildə İsmayıllı Rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda keçirilən dəyirmi masada iştirakı barədə məlumata rast gəlinir.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar