Cümə, 22 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Pentaqondan Azərbaycan ordusunun Qarabağ döyüşü təcrübəsini öyrənmək üçün daha bir qərar

ABŞ Müdafiə Nazirliyi Rusiyadan Mi-24 və ya Mi-17 vertolyotları, habelə An-2 (“Kukruznik”) yüngül təyyarələrini almaq istəyir.

Potensial müqavilə barədə sorğunun daxil olması barədə “Russia Today” bildirir.

Sorğuda qeyd olunur ki, Rusiya vertolyotları və təyyarələri taktika və silahlar barədə ABŞ ordusunun təlim kurslarında potensial rəqiblər qismində istifadə olunacaq. Bundan əvvəl də Pentaqon Rusiyadan müəyyən hərbi texnika alıb, onları ya təlimlərdə istifadə edib, ya üçüncü ölkələrə verib.

Lakin bu dəfə diqqəti An-2 yüngül mülki təyyarələri cəlb edir. İstehsalı çoxdan dayandırılmış və sovet dövründə kənd təsərrüfatında tətbiq edilən bu təyyarələr Pentaqonun nəyinə lazımdır? Rusiyalı hərbi jurnalist Boris Rojin hesab edir ki, bunun səbəbi Qarabağda noyabrın 10-da başa çatmış 44 günlük müharibə ilə bağlıdır.

“Çox güman ki, onların Qarabağda tətbiq olunmasının effektivliyini araşdırırlar. Hansı ki, Azərbaycan An-2 təyyarələrini Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün fəal şəkildə tətbiq edirdi”,-o bildirib.

Qeyd edək ki, Azərbaycan ordusunun bu unikal fəndi dünya hərb tarixində yenilik kimi qəbul edilir. Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi az qala hər gün “Azərbaycan qırıcı-bombardmançılarının vurulduğu” haqda raportlar verirdi. Hərbi əməliyyatların ilk 2-3 həftəsindən sonra onların “vurduqları hərbi təyyarələrin” sayı onlarla ölçülürdü. Lakin daha sonra üzə çıxdı ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz An-2 təyyarələrini vurur və nəticədə öz mövqe rayonunu üzə çıxarır. Ardınca Azərbaycan ordusu həmin hava hücumundan müdafiə sistemini məhv edir.

Sovet dövründən Azərbaycanda onlarla An-2 təyyarəsi qalmışdı onlar praktiki olaraq istifadəsiz qalmışdı. Və məlum olurdu ki, həmin təyyarələr sadə naviqasiya sistemləri ilə təchiz edilmiş pilotsuz təyyarəyə çevrilib və döyüşlərdə bu cür ağıllı fənddə istifadə olunub.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xocalı qatili general Manvel Qriqoryan qəbirdən “xortdadı” - Video

Akarın şok planı: “Ayın sonuna qədər...” - Böyük əməliyyatın anonsu

Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi - Yeni təyinat

Həkim-psixiatr: “Koronavirusa qarşı vaksin mövcud deyil” - Müsahibə  

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Azərbaycan əsgəri minaya düşərək həlak olub - Foto

“İlhamə Qiliyevadan sonra mənim sözüm keçir” - Afət Fərmanqızı

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

“Nemət Pənahlının başına yumruq vurdum, girdi stolun altına” – Pənah Hüseyn

Ən çox oxunanalar