Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Associated Press” Azərbaycanın ərazi bütövlüyünün bərpasından yazdı

“Associated Press” agentliyi Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı məlumat yayıb.

PİA.az xəbər verir ki, məlumatda altı həftəlik müharibəyə son qoyan razılaşmaya əsasən Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bildirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin ərazilərə nəzarəti bərpa etməsini tarixi qələbə kimi qiymətləndirdiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısının xalqa müraciətindən bəzi fikirlərə yer verilib:

“Biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik... Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır... Biz artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik... Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq”.

Məlumatda, həmçinin bildirilib ki, 44 günlük ağır döyüşlər sentyabrın 27-də başlamışdı. Bu müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu məğlub edib. Nəticədə Ermənistan noyabrın 10-da razılaşmanı qəbul etməyə məcbur olub.

Bundan əlavə, Prezident İlham Əliyevin çıxışına istinadla müharibə zamanı 94 mülki Azərbaycanın vətəndaşının həlak olduğu, 400-dən çox mülki vətəndaşın yaralandığı qeyd edilib.

Eyni zamanda məlumatda Rusiya və Türkiyə arasında Birgə Müşahidə Mərkəzinin yaradılması ilə bağlı sənədlərin imzalandığı diqqətə çatdırılıb.

Qeyd olunub ki, torpaqları azad edilən Azərbaycan vətəndaşları həmin ərazilərə qayıtmaq arzusundadırlar. İyirmi səkkiz il əvvəl Laçın rayonunu tərk etmək məcburiyyətində qalmış 56 yaşlı Qurban Həsənov deyir ki, o və ailəsi doğma kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyir: “Mən geri qayıtmaq üçün arzumu ifadə etməyə söz tapa bilmirəm”. (Azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar