Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Moskva dondurulmuş vəziyyəti sevir...” - Rusiyanın sülhməramlı rolu ilə bağlı rəylər

Dağlıq Qarabağ sülh sazişində Putin zirək tərpənərək yeni yanaşma ortaya qoydu”. “The New York Times” qəzetinin dekabrın 1-də dərc etdiyi məqalə belə adlanır.

Həmin sazişlə Ağdam, KəlbəcərLaçın rayonları işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə verilib və tərəflərin təmas xəttində 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib. Eni 5 kilometr olan Laçın dəhlizi də bu sühməramlıların nəzarətindədir.

Qəzetin əməkdaşları Anton Troyanovki və Karlotta Qall yazırlar ki, Qafqaz regionunda çoxdanın təxribatçısı olan Rusiya üçün sülhməramlı rolu bir dəyişiklikdir – həm də keçmiş sovet məkanında nüfuzunu qoruyub saxlamağa çalışan ölkədən ötrü yeni sınaq və fürsətdir.

Müəlliflərin fikrincə, vaxtilə Gürcüstanı və Ukraynanı işğal etmiş Rusiya həmin ölkələri özünə düşmən etdi. İndi bu taktika Kremlin gözündə dəbdən düşmüş sayılır. Təhlilçilər düşünürlər ki, Moskva getdikcə yumşaq və sərt gücün daha incə qarışığına əl atır. Məsələn, Belarusda nümayişlərə münasibətdə də Kreml yumşaq davrandı, birbaşa müdaxilə etmədi, ancaq Aleksandr Lukaşenkoya dəstəyini də əsirgəmədi.

Dağlıq Qarabağ müharibəsində danışıqlarda Putin Rusiyanın hərbi gücüylə təhdid edərək hər iki tərəfdən güzəştlər əldə etdi, eyni zamanda rəqib düşərgələrin, xəsisliklə də olsa, etimadını da qazandı. Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə alyansının mövcudluğuna baxmayaraq, Putin bunun Dağlıq Qarabağa aid olmadığını dedi.Onun Azərbaycan Prezidenti İlham Əliyevlə sıx şəxsi əlaqələri var”, – məqalədə deyilir.

“Bu, klassik anlamda sülhməramlı rolunu oynamaq fürsətidir. Ümid etmək istərdim ki, Rusiyanın postsovet məkanında öyrənmə prosesini və dəyişiklik müşahidə edirik”, – Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib. Bu qurum Rusiya hökumətinə yaxındır.

Məqalədə 9 noyabr gecəsi Azərbaycanın Rusiya vertolyotunu təsadüfən vurmaqla Moskvaya müdaxiləyə bəhanə verdiyi deyilir. Qəzet Bakıda məsələdən agah bir neçə nəfərə istinadla yazır ki, Rusiya prezidenti Azərbaycana ultimatum verib: Şuşa alınandan sonra Azərbaycan əməliyyatları dayandırmasa, Rusiya ordusu münaqişəyə müdaxilə edəcək. Şuşanın Azərbaycan Ordusu tərəfindən alındığı noyabrın 8-də xalqa açıqlanmışdı.

“Həmin gecə Bakıda açıq əraziyə naməlum raket düşdü, xəsarət alan olmadı. Bəziləri bunun Rusiya tərəfdən siqnal olmasından şübhələndi, yəni o, müdaxiləyə hazır idi və böyük ziyan vurmaq gücündəydi”, – müxbirlər yazırlar.

Rusiya bu münaqişəni özbaşına buraxmaq istəmir. Onlar dondurulmuş vəziyyəti sevirlər. Onlar müdaxilə edəcəklər”, – keçmiş diplomat, Bakıdan Beynəlxalq Münaqisətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev deyib.

Karnegi Avropa Fondunun aparıcı əməkdaşı Tomas de Vaal isə düşünür ki, İlham Əliyevlə razılaşmaq çətin olmayıb, çünki o, Rusiyayla münasibətinə dəyər verir. Ermənistanlı təhlilçi Riçard Giraqosyanın fikrincə, indi ölkəsi Rusiyanın orbitinə daha da bərkidildi, manevr imkanları azaldı.

“Dağlıq Qarabağda gələcək təhlükəsizlik Rusiya sülhməramlılarından asılıdır ki, bu da Moskvaya əvvəl olmayan təsir rıçağı verir”, – o deyib.

Prezident İlham Əliyev dekabrın 1-də xalqa müraciətində Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarətinə verilməsindən damışıb.

"Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir", – o vurğulayıb. (azadliq.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ən çox oxunanalar