Cümə axşamı, 21 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Zəfər" ordeninin statutu müəyyənləşib

Yeni təsis ediləcək “Zəfər” ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazilərin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyət, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif ediləcək.

PİA.az-ın məlumatına görə, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Zəfər” ordeninin statutuna əsasən, orden döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda “Heydər Əliyev” ordenindən sonra taxılır.

“Zəfər” ordeni 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvarı olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı diametri 42 mm olan lövhədən ibarətdir. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əsgər yoldaşlarını öldürən Ramil 24 il 6 ay həbs cəzası aldı

Cahangir Əsgərovun qızı İngiltərədə daha bir şirkəti açdı – Fotofakt, Video

Kamran Əliyev Nəcməddin Sadıqovun adamını vəzifədən qovacaq - Biznesmen imiş

“Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm...” - Vəzirov

Qarabağda 12 320 erməni hərbçisi öldürülüb - Yerevan açıqladı

Bədbin proqnoz: “Yeni bahalaşma dalğası gəlir”

Qazaxıstan və Rusiyanın imtina etdiyi viruslu pomidorlar Bakıda satışa çıxarılır? - Bu məhsul nə qədər zərərlidir...

"ABŞ Əliyev və Ərdoğana qarşı sanksiya tətbiq etməlidir" - Erməni lobbisinin Baydendən ilk tələbi - Video

Ən çox oxunanalar