Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Qərb yaxınlaşması və Ankaranın Moskva ilə münasibətləri...

Türkiyə-Rusiya münasibətlərinin korlanmasının Azərbaycana və Qarabağ münaqişəsinə hansl mümkün təsirləri ola bilər?..

Politoloq: “Türkiyənin milli müdafiə naziri Hulusi Akarın çıxışında bəlli oldu ki, Qarabağda Türkiyə və Rusiya əməkdaşlığı davam edir”.

Laçın tamamilə Azərbaycana qaytarılandan sonra biz bu prosesləri daha aydın şəkildə görəcəyik. Bundan sonra bilinəcək ki, Türkiyə rus-türk mərkəzi ilə, yoxsa müstəqil şəkildə Qarabağada var olacaq”.

Bu sözləri politoloq Əhəd Məmmədli Rusiya ilə Türkiyə arasında həm Suriya və Livanda, həm də Qarabağda ciddi fikir ayrılıqlarının olması iddiasını PİA.az-a şərh edərkən qeyd.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin işi ilə bağlı ruslarla əməkdaşlığımız planlaşdırılmış qaydada davam edir.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, RusiyaErmənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirləri arasında qəbul edilən memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Mərkəz yaradılıb.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Milli Müdafiə naziri Hülusi Akarla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans üsulu ilə Qarabağda Ortaq Müşahidə Məntəqələrinin yaradılması ilə bağlı ilkin saziş imzalanmışdı.
Bu gün isə Ortaq Müşahidə Məntəqələri ilə bağlı texniki məsələlərin müzakirəsinin sona çatıb və tərəflər sazişi imzalayıblar.

Lakin son zamanlar yayılan məlumatlarda və sitasi analiruklərin açıqlamalarında qeyd olunur ki, Rusiya ilə Türkiyə arasında həm Suriya və Livanda, həm də Qarabağda ciddi fikir ayrılıqları var və bu üzdən də Türkiyənin ABŞ-da yeni seçilən prezident Baydenlə yaxınlaşmağa çalışdığı qeyd olunur.

Türkiyə-Rusiya münasibətlərinin korlanmasının Azərbaycana və Qarabağ münaqişəsinə mümkün təsirləri ilə bağlı nə demək olar?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Azərbaycan keçmiş Dağlıq Qarabağın Şimal hissəsinə nəzarət etməyə çalışmalıdır və buna da nail olmalıdır”.

Qarabağ məsələsində Türkiyə və Rusiyanın aralarında olan problemləri həll edəcəklərini düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi indiki vəziyyəti pisləşdirə bilər:

“Dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akarın çıxışından bəlli oldu ki, Qarabağda Türkiyə və Rusiya əməkdaşlığı davam edir. Amma Ankarada Türkiyə və Rusiya nümayəndələrinin görüşü oldu və bu görüşün detalları açıqlanmadı. Bu da onu göstərir ki, Ankarada Qarabağla bağlı Türkiyə və Rusiyanın çox gərgin müzakirələri olub. Bu gün yayılan məlumatda isə bildirilir ki, məlumat yayıldı ki, Ortaq Müşahidə Məntəqələri ilə bağlı saziş imzalanıb. Yəni artıq Türkiyə sülhməramlıları Qarabağda müstəqil şəkildə fəaliyyət göstərməsi öz həllin tapıb.

Bu gündən sonra, yəni Laçın tamamilə Azərbaycana qaytarılandan sonra biz bu proseslərin hansı istiqaçətdə inkişaf edəcəyini daha aydın şəkildə görəcəyik. Bundan sonra bilinəcək ki, Türkiyə Ortaq Müşahidə Mərkəzii ilə, yoxsa müstəqil şəkildə Qarabağada var olacaq.

Əhəd Məmmədli: “Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsinin Azərbaycanın xeyrinə olmayacaq düşüncəsindəyəm”.

Bildiyimiz kimi Türkiyə və Rusiya bir neçə cəbhədə həm əməkdaşlıq edirlər, həm də qarşıdurmadadılar. Amma ümumilikdə götürəndə Türkiyə və Rusiya aralarında yaranmış problemləri həll etməyi bacarırlar. Buna görə də düşünürəm ki, Qarabağ məsələsində də Türkiyə və Rusiya aralarında olan problemləri həll edəcəklər. Bu da Azərbaycan üçün yaxşı olacaq. Çünki Azərbaycan öz ərazilərinə və keçmiş Qarabağın Şimal hissəsinə sahiblənəcək.

Ankaranın Qərblə əlaqələrinin yaxşılaşması fonunda Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsinin Azərbaycanın xeyrinə olmayacağı düşüncəsindəyəm. Hesab edirəm ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi indiki vəziyyəti pisləşdirə bilər. Hətta növbəti müharibə ehtimalını da yarada bilər. Amna o da bəllidir ki, Türkiyənin Qərblə münasibətləri tarixi ənənələrə dayanır və hazırda Ərdoğan höküməti istər Qərbə, istər Şərqə, istərsə də Rusiyaya qarşı müstəqil siyasət yürüdür. Hesab edirəm ki, Türkiyə bütün tərəfdaşları arasında balans yarada biləcək.

Bütün hallarda Rusiya öz öhdəliklərinə sahib çıxmasa, Azərbaycan və Türkiyə siyasi yolla Rusiyanın üstünə getməlidir. Sonra isə bu hərbi müstəvidə getməlidir.

Azərbaycan keçmiş Qarabağın Şimal hissəsinə nəzarət etməyə çalışmalıdır və buna da nail olmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar