Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəfiqə Əliyevanın 90 illik yubileyidir - Foto

Bu gün Əməkdar müəllim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan mərhum Şəfiqə Əlirza qızı Əliyevanın 90 illik yubileyidir.

Ölkədə tətbiq edilən karantin tədbirləri səbəbindən mərhumun yubileyi illərlə kimya fənnini tədris etdiyi Bakıdakı 190 saylı orta məktəbdə qeyd edilməsə də, bu gün onun şagirdləri və ailə üzvləri Şəfiqə xanımı məzarı başında anıblar.

Qeyd edək ki, Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun kimya-biologiya fakültəsində davam etdirib.

Daha sonra Azərbaycan Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib təyinatla Şəkiyə göndərilib, daha sonra LənkəranCəlilabad rayonlarında pedaqoji fəaliyyətlə məşğul olub. 1969-cu ildən ömrünün sonuna qədər isə Bakıdakı 190 saylı orta məktəbdə kimyadan dərs deyib.

Respublikanın Əməkdar müəllimi olan Ş.Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, “Canlı aləm haqqında əhvalatlar”, “Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları” adlı kitabların müəllifidir.

O, anası İzzət Əliyevaya həsr olunmuş “Mənim anam”, qardaşı, mərhum akademik Aqil Əliyev haqqında “Xatirəyə dönən illərin işığında” kitablarını da qələmə alıb. Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, “Ziyalı” qəzetinin və “Elm və mədəniyyət” jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı olan Ş.Əliyeva 24 noyabr 2008-ci ildə üzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Bir qızı, iki nəvəsi var.

Qeyd edək ki, Ş.Əliyeva ümummili lider Heydər Əliyevin bacısıdr. (oxu.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar