Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəxrizadə sui-qəsdi ABŞ administrasiyasını qarışdırdı...

Baydenin müdafiə, milli təhlükəsizlik və xarici siyasət kimi sahələri idarə etmək üçün seçəcəyi simalar ABŞ-ın Yaxın Şərqdəki siyasətinin necə formalaşacağı barədə açıq ipucları verir...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 1 dekabr 2020-ci il

20 yanvar 2021-ci ildə vəzifəsini Co Baydenə təhvil verməsi gözlənilən ABŞ prezidenti Tramp daha əvvəl Amerika əsgərlərinin Yaxın Şərqdəki müharibələrdən çəkilməli olduğunu müdafiə edirdi. Trampın seçkidən sonrakı siyasətindən isə isə aydın olur ki, o, Baydenə daha xaotik bir Yaxın Şərq təhvil vermək istəyir.

17 noyabrda “New York Times”da çıxan xəbərə görə, Tramp Ağ Evdəki bir görüşdə İranın nüvə obyektlərinə ediləcək hərbi hücum variantlarını müzakirəyə çıxarıb. Xəbərdə Müdafiə naziri, Baş Qərargah rəisi və Dövlət Katibinin Trampı bu hücumdan çəkindirdiyi bildirilir.

Amerika mediasına sızan məlumata görə, İsrailin də bu görüşdən xəbəri var idi. İsrail hökuməti, hətta İsrail ordusunun mümkün bir hücuma hazırlaşmasını tələb edib.

27 noyabrda da “İran Nüvə Proqramı”nın əsas siması olan Möhsün Fəxrizadə İranda bir hücum zamanı həyatını itirib. Sui-qəsdin İsrail tərəfindən həyata keçirildiyi təxmin edilir. Trampın sui-qəsdi dəstəklədiyinə eyham vuran “Twitter” mesajları da olduqca diqqət çəkdi.

Fəxrizadənin öldürülməsi keçmiş MKİ prezidenti Con Brennan ilə İsrail tərəfdarı olan Respublikaçı senator Ted Kruz arasında mübahisələrə səbəb olub. Brennan sui-qəsdi ehtiyatsız cinayət əməli kimi şərh edib. “Dövlətin dəstəklədiyi bir terror aktı beynəlxalq hüququ açıq şəkildə pozacaq və bir çox hökuməti xarici məmurlara sui-qəsd etməyə təşviq edəcək”, deyə açıqlama verən Brennan sui-qəsdin regionda qarşıdurma riski yaratdığını qeyd edib.

Keçmiş MKİ direktoru Brennan İranın bu akta cavab verməməsini və Bayden administrasiyasının hakimiyyətə gəlməsini gözləməli olduğunu deyib. Brennanın “Twitter” mesajlarına ən sərt reaksiya verən isə Texas senatoru Kruz olub:

“Keçmiş MKİ rəhbərinin “Amerikaya ölüm”, deyə qışqıran İran fanatikləri ilə davamlı olaraq eyni tərəfdə olduğunu görmək qəribədir. Və buna görə istər-istəməz İsraili də qınayır. Co Bayden də eyni fikirdədir?”

Brennan isə senator Kruzu nə dediyini bilməməkdə günahlandırıb. Brennan, həmçinin Kruzu texaslıları təmsil etməyə layiq olmayan bir siyasətçi adlandırıb. Kruz da cavab olaraq köhnə məsələləri yenidən gündəmə gətirib.

Digər tərəfdən, ABŞ-ın Yaxın Şərq siyasətinin aktiv ünsürü olan Amerika Mərkəzi Kəşfiyyat Təşkilatı MKİ-nin rəhbərliyinə kimin təyin ediləcəyi də müzakirə olunur. Trampa ilə münasibətləri pis olan MKİ direktoru Cina Haspelin Bayden prezident vəzifəsinə gələn kimi istefa verəcəyi gözlənilir. Deyilənə görə, Bayden MKİ direktorluğu üçün Obamanın Milli Təhlükəsizlik Məsləhətçisi olan Tom Donilonu düşünür. Mayk Morel, Darrel Bloker, Su Qordon, Vinsent Stevard və Ce Conson da siyahıdadır. Morel və Bloker uzun illərdir ki, MKİ-də yüksək vəzifələrdə çalışırlar. Su Qordon isə MKİ-də işlədikdən sonra Trampın dövründə Milli Kəşfiyyat Agentliyində müdir müavini vəzifəsində çalışıb. Təqaüdçü General Vinsent Stevard da Obama dövründə Müdafiə Kəşfiyyat Xidmətinin (DİA) direktoru idi. Stevard DIA direktoru olan ilk afro-amerikalı idi. Eyni şəkildə Ce Conson da Obamanın Daxili Təhlükəsizlik naziri idi.

MKİ rəhbərliyi üçün nəzərdə tutulan siyahıda 1-ci yerdə olan Tom Donilonun qardaşı Mayk Donilon Bayden tərəfindən Ağ Evin Baş Məsləhətçisi olaraq təyin edilib. İsrail tərəfdarı kimi də tanınan Tom Danilon dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Black Rock”da rəhbər vəzifələrdə çalışıb. Demokratlar Partiyasının sol qanadı fosil yanacaq yatırımları ilə məşğul olan bölmədə çalışdığı üçün Donilona yaxın münasibət bəsləmir.

Morrel isə MKİ-də işgəncə istintaqlarında vəkil olduğu üçün təzyiqlərə məruz qalır. Senatın Kəşfiyyat Komitəsinin üzvü olan Demokrat senator Ron Vayden Baydenə işgəncə tərəfdarı olan Morreli MKİ direktoru təyin etməməsi barədə xəbərdarlıq verib. Ce Consonun dünyanın ən böyük silah şirkəti olan “Lockheed Martin”in idarə heyətinə üzv olması da sol qanad üçün mənfi bir nəticədir.

Demokratlar Partiyasının mərkəzçi və sol qanadları arasında xarici siyasət, iqtisadiyyat, müdafiə, milli təhlükəsizlik və kəşfiyyat sahəsindəki tapşırıqlarla bağlı ciddi mübahisələr var. Baydenin bu sahələri idarə etmək üçün seçəcəyi simalar ABŞ-ın Yaxın Şərqdəki siyasətinin necə formalaşacağı barədə açıq ipucları verir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar