Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda xanım sürücünün yolunu kəsən şəxs 20 sutka həbs edildi

Dünən bəzi xəbər saytlarında Binəqədi rayonunda xanım sürücünün azyaşlı övladları ilə birlikdə hərəkətdə olan zaman başqa bir nəqliyyat vasitəsinin sükanı arxasında olan şəxslə aralarında mübahisənin baş verməsi barədə videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həmin görüntülər barədə dərhal araşdırmalara başlanılıb.

Məlum olub ki, noyabr ayının 28-də baş verən hadisə zamanı 99-VM-967 qeydiyyat nişanlı, “Chevrolet” markalı avtomobilin sürücüsü paytaxt sakini olan Təhməzov Vüqar Musa oğlu idarə “Chevrolet” markalı avtomobillə hərəkətdə olan zaman dəfələrlə manevr qaydalarını pozub və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb.

İş üzrə aparılan araşdırmaları davam etdirmək məqsədilə sürücü V.Təhməzov Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təhvil verilib.

Sürücü Vüqar Təhməzov barəsində Polis Bölməsində inzibati protokol tərtib olunaraq, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 30 noyabr tarixli qərarı ilə V.Təhməzov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar