Paytaxt sakini intihar məqsədi ilə özünə xəsarət yetirib.
Hadisə Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan 1984-ci il təvəllüdlü Səmədov Elman Əliağa oğlu intihar etmək məqsədi ilə özünə qarın nayihəsindən bıçaqla bir neçə yerdən xəsarətlər yetirib. O, ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılaraq reanimasiyaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.(apa)
pia.az