Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Xarici İşlər Nazirliyindən PİA.az-a verilən məlumata görə, C.Bayramov Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir dönəmdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə Türk əməkdaşlıq təşkilatları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəal şəkildə Azərbaycanın haqq mövqeyinə verdiyi dəstəyi məmnunluqla qeyd edib.

Nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini, eləcə də Fondla ölkəmizin əməkdaşlığının təqdirəlayiq olduğunu bildirib.

G.Əfəndiyeva rəhbərlik etdiyi beynəlxalq təşkilatın fəaliyyəti, o cümlədən həyata keçirdiyi müxtəlif layihələr barədə ətraflı məlumat verib.

G.Əfəndiyeva Fondun bir sıra nəşrlərini, eləcə də böyük şair Abay Kunanbayevin 175 illiyi və dahi bəstəkar Üzeyir Hacıbəyovun 135 illiyinə həsr olunmuş, Fondun himayəsi altında İspaniyada işıq üzü görən markaları nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı həmçinin Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfli əməkdaşlıq məsələlərinin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar