Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5-ci kolonun “Rus dili haqqında qanun lahiyəsi” Moldovanı vətəndaş müharibəsinə sürükləyir  

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun rus qoşunlarının ölkədən çıxarılması tələblərini artırdıqca, ölkədəki “5-ci kolon” da fəallaşır, ən müxtəlif təxribatçı əməllərə əl atır.

PİA.az-ın məlumatına əsəsən, Moldovanı qarışdırmağa hesablanmış növbəti təxribat ölkə parlamentində təmsil olunan Sosialist Partiyasından gəlib. Partiya dövlət orqanlarında rus dilindən istifadəni məcburi hala gətirən qanun layihəsini parlamentin müzakirəsinə təqdim edib.

Dövlət dili haqqında qanunvericiliyə zidd olan bu layihə hələ vəzifəsini təhvil almamış yeni prezident Maya Sandunun tənqidinə məruz qalıb. Yeni prezident bunu korrupsiyaya qarşı mübarizə aparılacağı ərəfədə cəmiyyəti parçalamağa yönəlmiş addım kimi qiymətləndirib.

“Mən bu layihəni görmədim, amma sosialistlərin bunu hazırda niyə etdiyini bilirəm - ölkə sakinlərinin korrupsiyaya qarşı mübarizə və ölkədə asayişi bərpa etmək üçün birləşəcəklərindən qorxurlar. Bu layihə ilə cəmiyyəti bölmək və insanları barrikadalarda üz-üzə dayandırmağa çalışırlar”, - xanım Sandu belə deyib.

Maya Sandunun ehtimalının “göyərməsi” uzun çəkməyib. Moldovanın gedərayaq prezidenti İqor Dodon məsələylə bağlı açıqlamasında ölkədə rus dilinin xüsusi statusa malik olmasının vacibliyini vurğulayaraq, sosialistlərin təşəbbüsünü dəstəkləyib.

Əslində bu, gedərayaq prezidentin yeni təşəbbüsü də deyil. O, qatıldığı və ikinci turda məğlub olduğu son seçkilərdəki təşviqat kampaniyasında da rus dilinə “xüsusi simpatiyası”nı gizlətməmiş, onun məcburi tədris proqramına qaytarılması və statusunun gücləndirilməsi lehinə danışmışdı. Halbuki, Moldova Konstitusiya Məhkəməsi 2018-ci ildə “Dillərin istifadəsinə dair” Qanunu köhnəlmiş elan etmiş və ölkədə yalnız bir dilin - moldovcanın dövlət dili kimi istifadəsinin vacibliyini vurğulamışdı. Konstitusiya Məhkəməsinin faktiki ləğv etdiyi həmin Qanun SSRİ dövründən bəri qüvvədədir və ruscanı Moldovanın millətlərarası ünsiyyət dili hesab edir. Bu qərardan sonra Moldovada rusdilli sakinlərin etirazları başlamış, ancaq problem ölkədəki siyasi qeyri-sabitlik fonunda arxa plana keçmişdi.

Sosial narazılıqların artması fonunda keçirilən son prezident seçkilərini 2-ci turda 57.8% səslə qazanan Fəaliyyət və Həmrəylik Partiyasının namizədi Maya Sandu prezident kürsüsünü təhvil alacağı bir zamanda bu məsələnin yenidən gündəmə gətirilməsi təsadüfi bənzəmir. Moldovada 1990-cı illərdə başlayan Dnestryanı münaqişə məhz bu cür mübahisələrdən törəmiş və rus “sülhməramlı”larının müdaxiləsilə indiyədək dondurulmuş vəziyyətdə saxlanılmışdır. Ölkənin müstəqilliyinin əleyhinə aktivləşdirilən ruslar kompakt halında yaşadıqları münbit torpaqları malik Dnestryanı ərazini Moldovadan ayırmağa və özlərinə məxsus dövlət qurmağa qərar vermişlər. Əhalisi 500 min civarında olan Dnestryanı “respublika”nın 170 minlik rus sakinləri həm də Rusiya vətəndaşları sayılırlar. “Respublika” “vətəndaşları”nın böyük əksəriyyəti isə hərbçidir. Onların “hüquqlarını” qorumaq üçün minlərlə rus “sülhməramlı”ları da bölgəyə gətirilib. Prezident seçkilərini yenicə qazanmış Maya Sandu isə Moldovadan rus qoşunlarının çıxarılmasını tələb edir və bu fikirlərini dəfələrlə mətbuata verdiyi açıqlamalarda səsləndirib. Onun bu tələblərinə rəsmi Moskvanın cavabı isə kifayət qədər sərt və təhdidkar olub.



"Biz bu bəyanata Dnestryanı probleminin sülh yolu ilə nizamlanması səylərini pozmaq məqsədi kimi baxırıq. Sülhməramlı əməliyyatın mandatı orada iştirak müddətimizi münaqişənin həlli ilə bağlı siyasi razılaşma əldə olunana qədərdir və bu, anlaşmalarda dəqiq göstərilir. Hələ buna çox var”, - Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Moldovanın yeni prezidentinin tələblərinə bu cür cavab verib.

Zaxarovanın bu çıxışında qarşı tərəfi sülh yoluyla nizamlanma səylərini pozmaqda günahlandırması, dolayısıyla müharibənin başlaması təhdidi kimi qiymətləndirilə bilər. Sosialist Partiyasının son təşəbbüsü də, Maya Sandunun təbirləriylə desək, həqiqətən vətəndaşları iki fərqli barrikadada üz-üzə dayanmağa vadaretmə cəhdi kimi görünür.

Qeyd edək ki, 4 milyona yaxın əhalisi olan Moldovada ruslar əhali sayına görə 3-cü yeri tuturlar:

Moldovanlar – 78%,
Ukraynalılar – 8,4%,
Ruslar – 5.8%,
Qaqauzlar – 4.4%

Sayca 3-cü yerdə olan bir etnik qrupun faktiki dövlət dilinə iddia etməsi nəinki suverenlik haqlarına, hətta məntiqə və ədalətə də sığmır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar